Serbiya hökuməti Azərbaycan şirkəti ilə yeni layihəyə dair müqavilə imzalayıb
Azərbaycanın “AzVirt” şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.
Şirkətdən "Marja"ya bildirilib ki, bununla əlaqədar keçirilən imzalanma mərasimində Serbiyanın Prezidenti Aleksandr Vuçiç də iştirak edib. Müqaviləni Serbiya hökuməti adından Nəqliyyat və İnfrastruktur naziri Zorana Mixailoviç və Azərbaycanın “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kamil Əliyev imzalayıblar.
Serbiyada görüləcək işlər barədə fikirlərini bölüşən “Azvirt” MMC-nin baş direktoru K.Əliyev Serbiyanın Prezidenti A.Vuçiçə Azərbaycan şirkətinə böyük etimad göstərdiyinə görə minnətdarlığını bildirib: “Biz 2012-ci ildən Serbiyada çalışırıq. İcra etdiyimiz layihələrdə üzərimizə götürdüyümüz öhdəlikləri gördüyümüz işin keyfiyyəti ilə təsdiqləməyə çalışmışıq. Əsas işçi gücümüzü öz əməksevərliyi və məsuliyyəti ilə seçilən yerli serb vətəndaşları təşkil edib. Serbiya dövləti son vaxtlar yol infrastrukturu layihələrinə böyük önəm verir və bizim üçün də şərəfdir ki, bu ideyaların reallaşdırlmasında iştirak edirik”.
Mərasimdə çıxış edən A.Vuçiç bu layihənin həyata keçirilməsi üçün şirkət baxımından uğurlu seçim etdiklərini deyib: “Onlar bu işin öhdəsindən layiqincə gələcəklər. Çünki nəyə qadir olduqlarını Liq-Prelina magistralının tikintisində bir neçə il əvvəl nümayiş etdiriblər. Sizin Serbiyada etdiklərinizdən məmnun qalmışıq və inanırıq ki, gələcəkdə də belə olacaq. Əminik ki, hər şey vaxtında və yüksək keyfiyyətlə icra olunacaq”.
“Azvirt” MMC-nin baş direktoru K.Əliyev bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yerli şirkətlərin ölkə hüdudlarından kənarda nüfuzu artıb və böyük inam qazanıblar. Artıq “Azvirt” MMC nəinki Serbiya, həmçinin Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan və digər ölkələrdə keçirilən tenderlərdə qalib olmaqla bu etibarı qazandığımızı bir daha təsdiqləyib. Dövlətimizin başçısının siyasətinin nəticəsidir ki, “Azvirt” MMC digər şirkətlər kimi ölkəmizdə öz inkişaf yolunu rahatlıqla keçib və böyük yol layihələrinin icrasına cəlb olunmaqla göstərilən etimadı doğrulda bilib. Bu artıq xaricdə başqa ölkələrin eyni istiqamətli şirkətləri ilə rəqabətdə qalibiyyətimizlə daha çox özünü büruzə verir.
Qeyd edək ki, dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 77 kilometr olacaq. Layihənin Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün salınması da nəzərdə tutulub. Tikintinin 2023-cü ildə tamamlanması planlaşdırılır. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, digər maliyyə mənbələrindən də istifadə olunacaq.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 12 saat əvvəl
-
13 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb




















