"Bu pulları almaq üçün fürsətdir"
"Pacific İnvestment Management" (Pimco) Asiyadakı inkişaf edən ölkə pul vahidlərinin ucuz olduğunu və üfüqdə görünən ticarət razılaşmasının (atəşkəs) alış üçün uyğun zaman yaratdığını açıqlayıb.
Fond idarə edilməsi üzrə məşhur şirkət "Pimco" Asiyada inkişaf edən ölkələrin valyutalarının 20 ilin ən ucuz səviyyələrinə yaxın olduğunu bildirib. Şirkət, ABŞ ilə Çin arasında yaxınlaşan ticarət razılaşmasının da alış üçün doğru zaman meydana gətirdiyini qeyd edib.
"Marja" xəbər verir ki, "Pimco"nun İnkişaf edən bazarlar üzrə portfel meneceri Roland Meith bəyəndikləri valyutalar arasında İndoneziya rupisi və Malayziya rinqqiti olduğunu, Çin yuanı mövqesini də artırmağı qiymətləndirdiklərini söyləyib. Meith, ticarətlə əlaqəli pul vahidləri Cənubi Koreya, Sinqaur və Tayvanın pul vahidlərində qısa mövqelərini də azaltdıqlarını bildirib. (Valyuta cütlüyünün düşəcəyi düşünülərək satış edilməsinə qısa mövqe (short position), valyuta cütlüyünün yüksələcəyi düşünülərək alış edilməsinə uzun mövqe (long position) deyilir)
Meith "Modellərimizə görə, inkişaf edən bazarlar son 20 ildəki ən ucuz səviyyələrə yaxındır. Bu da pul vahidlərini almaq üçün fürsət yaradır" ifadəsini istifadə edib.
Dünyanın ən böyük 2 iqtisadiyyatı ABŞ ilə Çinin ticarət razılaşmasına yaxınlaşmaları işarələri ilə inkişaf edən ölkə aktivləri "ralli" edir. Ağ Evin İqtisadi müşaviri Kudlow keçən həftə ticarət razılaşmasının ilk fazası mövzusunda son mərhələyə yaxınlaşdıqlarını açıqlamışdı. 10 regional pul vahidinin dollar qarşısındakı performansını izləyən Bloomberg JPMorgan Asiya Dollar İndeksi Sentyabrda 10 ilin ən aşağı səviyyəsinə enməsindən bu yana % 2.1 yüksəlib.
Əksər Asiya pul vahidi üzrə müsbət olan "Pimco" Hind rupisi üçün eyni fikirdə deyil. Mieth, "Hindistandakı digər trendləri, xüsusilə "Moody's"in son endirimini nəzərə alaraq Rupi üzrə daha təmkinliyik" ifadəsini istifadə edib. Rupi "Moody's'"in 8 Noyabrda ölkənin reytinqinin proqnozunu mənfiyə salması ilə 0.5 % dəyərdən düşmüşdür.
Mieth inkişaf edən bazarlar üçün ən böyük riskin ticarət müzakirələrinin tərsinə dönməsi və qlobal durğunluq təhdidi olduğunu vurğulayıb.
Mieth, Honq Konqdakı etirazlar səbəbilə yaranan mənfi hissin, Çinin hərbi müdaxilə kimi daha aktiv tədbirlər görməməsi müddətcə digər bazarlara yoluxuculuq təsiri olmayacağını nəzərdə tutur.
Mütəxəssis, Asiyada Çin və Hindistan xaricindəki ölkələrin faiz endirim dövrlərinin sonuna yaxın olduqlarını da sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)










.jpg)

