Bakıya 458 lift gətirilib
Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniyanın Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, “Alov qüllələri” Kompleksində Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın Wittur Holding GMBH şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniyalarının rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamərdə gələcəkdə görüləcək işlərə həsr olunan tədbir keçirilib.
Təqdimat mərasimində əvvəlcə Wittur Holding GMBH şirkətinin Global satis söbəsinin rəhbəri Ahmet Örs, marketing direktoru Gerd İmbusch, dıgər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat verib, video-çarx nümayiş etdirilib.
Şirkətin Bakı şəhərində həyata keçirdiyi layihə müzakirə olunub, Bakıda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə Şəhər “Lifttəmir” İstehsalat Birliyinin rəhbəri Xalid Ələkbərov, şirkətin marketinq direktoru Gerd İmbusch və Avropa satis sobəsinin rəhbəri Ralph Hunter ətraflı məlumat veriblər.
Bildirilib ki, imzalanan müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib. Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətirilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.
“Lifttəmir” İstehsalat Birliyi tərəfindən eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.
Qeyd olunub ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftər müasir elekton sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib.
Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 d. əvvəl
- 5 d. əvvəl
-
-
4 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
-
4 saat əvvəl
Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir
-
5 saat əvvəl
"Neftin qiymətində hər 1 dollarlıq artım Türkiyəyə 400 milyon dollara başa gəlir"
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
İran atəşkəs iddialarını təkzib edib
Danone-dən 1 milyard avroluq satınalma
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir
Martın 26-da gözlənilən hava şəraiti
“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi açıldı - enerji burada toplanır, lazım gəldikdə istifadəyə yönəldir
Azərbaycan neftinin son qiyməti
Azərbaycandan keçməklə Ermənistana 350 ton buğda göndərilib
"Sea Breeze" və "Paulaner" müqavilə imzalayıb
Eczacıbaşı “Selpak” brendini satır
Qlobal neft bazarlarında kəskin ucuzlaşma












.jpg.jpeg)









