Azərbaycanın investisiya şirkətlərinin xaricdəki rəqiblərinə uduzacağı gözlənilir
Xəbər verdiymiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Marja ticarətinə dair Qaydalar”ı təsdiq edib. Qaydalara görə, investisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit çiyni maksimum 1:30 həddində ola bilər. Yəni, investisiya şirkətinin müştərisi öz sərmayəsindən 30 dəfə çox həcmdə əməliyyat apara (mövqe aça) bilər. Tutaq ki, 1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyat aparılacaqdır. İndiyədək, investorlar hesabına 1000 dollar vəsait yatırıb 100 min dollarlıq əməliyyat apara bilrdilər.
Maliyyə Bazarlarına Nəzarət Palatası bildirib ki, yüksək kredit həddindən istifadə zamanı investor vəsaitini çox kiçik volatillik (qiymət dəyişikliyi) halında itirir. Bu səbəbdən, investisiya şirkətləri tərəfindən investorlara ayrılan kredit çiyni məhdudlaşdırılıb.
Kredit həddi (kredit çiyni, kredit dəstəyi) sərmayəçinin (investorun) daha az sərmayə ilə daha böyük həcmli əməliyyatlar aparmasına imkan təmin edən sistemdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının marja ticarətində (foreks məməliyyatları) kredit həddini məhdudlaşdırması investisiya şirkətləri tərəfindən etirazla qarşılanıb.
HƏMÇİNİN OXU: 1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyata icazə veriləcək - YENİ QAYDALAR
İnvestisiya şirkətlərindən "Marja"ya bildirilib ki, yeni qaydalar ilə maksimum həddin azaldılması investorların hüquqlarını məhdudlaşdırır, eyni zamanda yerli investisiya şirkətlərinin xarici investisiya şirkətlərinə uduzmalarına şərait yaradır:
“Yeni qaydalar ilə investisiya şirkətlərinə, müştəriyə 1:30 nisbətindən artıq kredit çiyini təqdim etmək məhdudlaşdırılır. Biz hesab edirik ki, 1:30 nisbəti, investorların hüquqlarının məhdudlaşdırılmasıdır. Həm də yerli investisiya şirkətlərinin xarici investisiya şirkətləri qarşısında rəqabət qabiliyyətini azaldacaq. Yükək kredit çiynindən istifadə edərək əməliyyatlar aparmaq isəyən müştərilər yerli şirkətlər əvəzinə xarici şirkətlərin xidmətlərindən istifadə edəcəklər”.
Türkiyə və digər bir sıra ölkələrin təcrübəsi göstərir ki, aşağı kredit çiyni hədlərində qazanc az olduğundan sərmayəçilər yüksək kredit həddi nisbəti ilə xidmət göstərən xaricdəki foreks firmalarını seçirlər. Azərbaycanın investisiya şirkətlərinin də müştəri itirəcəkləri və marja ticarəti (forex) xidmətinin göstərilməsindən gəlirlərinin azalacağı gözlənilir.
Qeyd edək ki, foreks əməliyyatları aparan investorlar daha çox 1:00 kredit çiyninə üstünlük verirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 26 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















