Bolkartın 8 yaşında 800 AZN-dək BAL və ödənişlərinizə +8 taksitədək HƏDİYYƏ!

® Bank of Baku tərəfindən 8 il öncə alış-veriş sevərlər üçün sonsuz imkanlar, sonsuz yeniliklər və sonsuz üstünlüklər məqsədilə yaradılan Bolkart, bu gün müştərilərin sonsuz sevgisi ilə ölkənin ilk taksit kartı adını qürurla qoruyub saxlayır.
Bolkartın 8 yaşını qeyd edən Bank of Baku, Bolkart müştərilərinə özəl olaraq yeni kampaniyaya, “+8 taksitədək HƏDİYYƏ” kampaniyasına start verir.
Belə ki, Bolkartın partnyor şəbəkəsinə aid bütün mağazalarda 1, 2, 3, 6, 9, 12 və ya 18 taksitlə alış-veriş edən Bolkart taksit kart sahibləri ödəniş müddətlərinə əlavə 8 taksitədək HƏDİYYƏ qazanacaqlar. Yəni, 8 ayadək əlavə taksit imkanı əldə edərək, xərclərini daha uzun müddətə hissə-hissə ödəyə biləcəklər.
Aldığınız məhsulun ödəniş müddətinə uyğun olaraq hədiyyə taksitlərin bölgüsü ilə buradan tanış ola bilərsiniz: https://bit.ly/2Ncx2f2
8 yaşa özəl elan edilən kampaniyanın üstünlükləri sadəcə bununla bitmir. Belə ki, kampaniya müddətində Bolkart taksit kartı ilə ən çox alış-veriş etmiş 18 nəfər Bolkartlı isə Bank of Baku-dan HƏDİYYƏ BAL-lar qazanacaq:
- 1-ci yer – 800 AZN BAL;
- 2-ci yer – 500 AZN BAL;
- 3-cü yer – 200 AZN BAL;
- 4 - 18-ci yer – 100 AZN BAL.
Qeyd edək ki, 1 BAL=1 AZN dəyərindədir. Məsələn, 800 AZN BAL hədiyyə qazanmış müştəri Bolkartın keçərli olduğu partnyor mağazalarda 800 manatlıq alış-veriş edə bilər. Qazanılan BAL-larla eyni zamanda “DOSTBANK” mobil tətbiqi vasitəsilə kommunal ödənişləri də həyata keçirmək mümkündür.
Kampaniya müddətində iki və daha çox Bolkartlının ödənişlərinin ümumi məbləği eyni olarsa, əməliyyat sayı daha çox olan Bolkartlı qalib hesab olunacaq.
11 noyabr tarixinə kimi davam edən kampaniya həm köhnə, həm də yeni Bolkart taksit kart sahiblərinə şamil olunur.
Ölkənin ilk taksit kartı Bolkartı əldə etmək istəyən şəxslər isə Bank of Baku-nun istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və yaxud da onlayn Bolkart sifarişi bölməsindən - https://goo.gl/gz7NhP müraciət edə bilərlər.
Kampaniya haqqında daha ətraflı məlumatla Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə - www.facebook.com/Bolkart/ daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
