Azərbaycanın neft sektorunun artımında sıçrayış proqnozladırılır - YENİ PROQNOZLAR

2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır.
“Marja” xəbər verir ki, bu, 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatında bildirilir.
Təqdimatda bildirilir ki, 2021-ci ildə qaz emalının kəskin artması nəticəsində neft sektorunun artımında əhəmiyyətli sıçrayış proqnozladırılmaqdadır. Bütövlükdə proqnozlara əsasən, 2023-cü ilə qədər ölkə ÜDM-i 97,7 milyard manata çatacaqdır.
Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.
2020-ci il üzrə cari əməliyyatlar balansında 2,5 milyard ABŞ dolları və ya ÜDM-in 5,2 faizi səviyyəsində profisit proqnozlaşdırılır ki, bu da maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcəkdir. Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisitin hesabına formalaşacaqdır.
Ölkədən ixrac edilən malların həcminin ortamüddətli dövrdə orta hesabla 3,8 faiz artaraq, 21 milyard manata bərabər olacağı proqnozlaşdırılmışdır. Proqnozlara əsasən xarici ticarətdə idxalın səviyyəsi isə nisbətən daha aşağı templə (1,5 faiz) artacaqdır.
2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.
Bütövlükdə tədiyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Bu əsasda, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.
İnflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə ortaaylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir.
Qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 589,3 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
28 d. əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
-
47 d. əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

“Bizdən Biznesə” ikinci dəfə start götürür!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA
Ən çox oxunanlar

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
