"Qəbələ Qızıl Balıqartırma Zavodu” özəlləşdi - QALİB ŞİRKƏT ELAN EDİLDİ
Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq.
“Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Bu barədə “Marja”ya Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1.2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək.
Eyni zamanda ümumi həcmi 1.1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əmək haqqı və DSMF-yə olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən qalib şirkət səhmdar cəmiyyətində hovuz və nohurların yenidənqurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınmasını reallaşdıracaq. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.
Səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır.
"Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək",- Komitədən bildirilib.
Qeyd edək ki, “Azerbaijan Fish Farm” MMC Neftçala Nərə Balıqartırma Zavodunun da sahibidir. Bu şirkət “PAŞA Holdinq” şirkətlər qrupuna daxildir.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul 2019-cu il tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulmuşdu. Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























