Bu Bankın xalis mənfəəti 5 dəfə artıb
“Turanbank”ın müştərilərə verdiyi kreditlər və gəlirləri artıb
“Turanbank” ASC 2019-cu ilin 9 ayının (yanvar-sentyabr) dövrünü 329 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur. “Turanbank” 2018-ci ilin 9 ayını 65 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayırmanın 2 dəfəyə yaxın azalması ilə bağlıdır. Bankın biznes fəaliyyətinin nəticəsini daha dəqiq əks etdirən əməliyyat mənfəəti isə xərclərin artması ilə əlaqədar olaraq cüzi azalıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Turanbank”ın cəmi gəlirləri 28 milyon 181 min manat, cəmi xərcləri isə 27 milyon 520 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 661 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 332 min aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayı ərzində “Turanbank”ın cəmi gəlirləri 25 milyon 287 min manat, cəmi xərcləri 24 milyon 590 min manat, əməliyyat mənfəəti 697 min manat təşkil etmişdi. Bank həmin dövrdə əməliyyat mənfəətinin 633 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.
XƏRCLƏRİN ARTMASI GƏLİRLƏRİN ARTMASINI SİLİB
Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında “Turanbank”ın cəmi gəlirlərinin 2 milyon 894 min manat artması ilə bərabər cəmi xərcləri 2 milyon 930 min manat artıb. Cəmi xərclər cəmi gəlirlərdən daha çox ardığından “Turanbank”ın əməliyyat mənfəəti 36 min manat azalıb.
Xalis mənfəətin 5 dəfə artması ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayırmanın 1,9 dəfə azalması ilə bağlıdır (633 min manatdan 332 min manata düşüb).
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2019-cu il tarixində “Turanbank” 517 milyon 997 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 335 milyon 367 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 492 milyon 606 min manat, o cümlədən müştərilərə verilən kreditlər 313 milyon 80 min manat təşkil etmişdi.
30 Sentyabr 2019-cu il tarixində “Turanbank” 77 milyon 262 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
5 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 15 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























