Qlobal bazarlarda bitki yağı qiymətləri qalxır
Qlobal ərzaq (qida) qiymətləri sentyabrda aylıq müqayisədə dəyişməyib, illik müqayisədə isə 3,3 faiz yüksəlib.
"Marja" xəbər ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan 5 əsas qida maddəsi qiymətlərinin və ticarətinin izlənməsilə ölçülən Ərzaq Qiymətləri İndeksi, sentyabrda əvvəlki ayla müqayisədə dəyişməyib və 170 bənd səviyyəsində qalıb. İndeks, ötən ilin eyni ayına nisbətən isə 3,3% artıb.
Qlobal ərzaq qiymətləri, bu dövrdə bitki mənşəli yağ və ət qiymətlərində baş verən artım və şəkər qiymətinin aşağı düşməsilə tarazlanıb.
Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymətləri İndeksi sentyabrda əvvəlki ayla müqayisədə dəyişiklik göstərməyib. Taxıl qiymətlərinin stabil qalmasına buğda qiymətlərindəki artımın qarğıdalı qiymətlərinin aşağı düşməsilə tarazlanması səbəb olub.
Bitki Yağı Qiymətləri İndeksi sentyabrda əvvəlki aya nisbətən 1,4% artıb və 13 ayın ən yüksək səviyyəsinə çatıb. Ət Qiymətləri İndeksi də bu dövrdə aylıq müqayisədə 0,8 faiz yüksəlib.
Şəkər Qiymətləri İndeksi sentyabrda bir əvvəlki aya nisbətən 3,9 faiz, Süd Qiymətləri İndeksi də eyni dövrdə 0,6 faiz azalıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























