Google-suz smartfon bazara çıxır - CANLI TƏQDİMAT
Marcom Marketinq və Kommunikasiya şirkətinin verdiyi məlumata görə, may ayından ABŞ-ın qara siyahısına düşən Huawei bu gün (19.15.2019) Google sistemi olmayan ilk smartfonunu təqdim edəcək.
Almaniyanın Münhen şəhərində təqdim olunacaq Huawei Mate 30-un Android əməliyyat sistemində çalışacağı bildirilir. Lakin Google Play Store, Youtube, Gmail və Google Map tətbiqlərindən istifadə mümkün olmayacaq. Həmçinin Google Map ilə əlaqəli çalışan bir neçə proqram da yeni smartfonda çalışmayacaq.
Gəlirinin 50%-ini smartfon və digər məhsullardan əldə edən Huawei şirkətinin yeni məhsulu beynəlxalq müşətirlər üçün o qədər də maraqlı olmaya bilər. Statistik göstəricilərə də nəzər salanda görmək olur ki, ABŞ-ın qadağasından sonra Huawei markalı smartfonların satışı 40% azalmışdır.
Huawei avqust ayında Harmony OS adlı öz əməliyyat sistemini təqdim etməsinə rəğmən hal-hazırda smartfonlarda bu sistem tətbiq edilmir. Şirkətin verdiyi açıqlamada bildirilir ki, bu sistem hələ ki yalnız smart televizor və digər məhsullarda istifadə ediləcək.
Beynəlxalq ticarət sərgisində ətraflı açıqlamadan yayınan Huawei şirkətinin müştərilərlə əlaqələr şöbəsinin rəhbəri Richard Yu bildirmişdir ki, Google tətbiqlərini yeni smartfona rahatlıqla yükləmək mümkün olacaq.
Mütəxəssislərin fikrinə görə, Google xidmətləri olmayan smartfonun satışını gerçəkləşdirmək bir o qədər də asan olmayacaq. Hətta Google proqramlarını sonradan əlavə etmək mümkün olsa belə bu satışa bir o qədər də təsir etməyəcək.
Bəs Huawei Mate 30 başqa hansı yenilikləri özündə birləşdirir?
Smartfonun təkmilləşdirilmiş kamera ilə təqdim olunması gözlənilir. Mediaya sızan məlumata görə Edge ekrana keçid edən Huawei yeni smartfonlarında kameranı ekranın aşağısında yerləşdirməyi düşünür.
Ekran ölçü və görüntüsünün (resolution) 6.5 inç/1080 x 2340 piksel olacağı təxmin edilir. Həmçinin iddialara görə yeni smartfon 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq.
Almaniyada Huawei Mate 30 ilə yanaşı həmçinin şirkətin Watch GT2 adlı smart saatının da təqdim olunacağı gözlənilir. Mediaya sızan məlumatlarda Watch GT2 445 mAh batareya gücündə olmaqla birlikdə optik ürək döyüntüsünü qeydə alacağı bildirilmişdir. Həmçinin Watch GT2 Harmony OS əməliyyat sistemi ilə təmin edilən ilk Huawei məhsulu ola bilər.
Almaniyada gerçəkləşdiriləcək təqdimat yerli vaxtla 16:00-da başlayacaq. Linkə keçid edərək təqdimatı canlı yayımını izləyə biləcəksiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)







