Yeni sədrə həvalə olunmuş "AtaSığorta" qənaət ilə mənfəətə çıxıb
100% "AtaHoldinq" şirkətinə məxsus olan "AtaSığorta" ASC 2019-cu ilin 1-ci yarısını 1 milyon 113 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövrünü 2 milyon 350 min manat xalis zərər ilə bağlamışdı. Bu il "AtaSığorta"nın mənfəətə çıxması ehtiyatdan azadolma və işlərin aparılması xərclərinin azaldılması hesabına baş verib. Şirkətin topladığı sığorta haqları azalıb, sığorta ödənişləri isə artıb.
"Marja" şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə "AtaSığorta"nın cəmi gəlirləri 14 milyon 27 min manat, cəmi xərcləri isə 12 milyon 914 min manat təşkil edib. Şirkət ilk 6 ayda mənfəət vergisi ödəməyib.
Müqatisə üçün qeyd edək ki, ötən ilin yanvar-iyun dövründə "AtaSığorta"nın cəmi gəlirləri 8 milyon 620 min manat, cəmi xərcləri isə 10 milyon 970 min manat təşkil etmişdi.
Ötən ilin ik 6 ayında toplanmış sığorta haqları 10 milyon 277 min manat ikən, bu ilin eyni dövründə 9 milyon 365 min manat təşkil edib (azalıb). Sığorta ödənişləri isə 3 milyon 961 min manatdan 7 milyon 152 min manata yüksəlib.
Ötən il "AtaSığorta" sığorta ehtiyatının yaradılmasına 3 milyon 216 min manat ayırdığından xərcləri gəlirlərini üstələmişdi. Bu ilin 1-ci yarısında isə ehtiyatın 3 milyon 448 min manatı azad olub və gəlirə əlavə edilib.
Şirkətin investisiya gəlirləri də azalıb. Ötən ilin 6 ayında 1 milyon 255 min manat təşkil etmiş bu növ gəlirlər bu ilin eyni dövründə 1 milyon 102 min manata düşüb.
"AtaSığorta" yarımillik işlərin aparılması xərclərini azaldaraq 6 milyon 104 min manatdan 4 milyon 807 min manata endirib.
Bu ilin May ayında "AtaSığorta"nın İdarə Heyətinin sədri Museyib Əliyevin səlahiyyətlərinə xitam verilib və sədr vəzifəsinə Orxan Məmmədov gətirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 1 saat sonra
-
-
46 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
-
52 d. əvvəl
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
Ən çox oxunanlar
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















