Palata: Əmanətlərdəki geriləmə tələbli əmanətlərin azalmasından qaynaqlanır
Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, 31 İyul 2019-cu il tarixində banklarda fiziki şəxslərin cəmi 8 milyard 471.6 milyon manat depoziti olub. İyun ayının sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 162,2 milyon manat azalıb.
"Marja"nın məlumatına görə, Palatanın icmalından məlum olur ki, azalma tələbli əmanətlərin 182,1 milyon manat azalaraq 3 milyard 114.3 milyon manata düşməsi ilə bağlıdır.
İyun ayının sonu ilə müqayisədə İyul ayında müddətli əmanətlər 19,9 milyon manat artaraq 5 milyard 357.3 milyon manata qalxıb.
Mərkəzi Bankın statistikasına görə, 31 İyul 2019-cu il tarixinə fiziki şəxslərin banklardakı əmanətləri (əhalinin əmanətləri) 8 milyard 580 milyon manat təşkil edib.
İyun ayının sonu ilə müqayisədə İyulda fiziki şəxslərin banklardakı əmanətləri 156,3 milyon manat azalıb. İyunun sonunda əmanətlər 8 milyard 736,3 milyon manat təşkil etmişdi.
İyul ayında milli valyutada olan əmanətlər 56,3 milyon manat azalaraq 3 milyard 744,7 milyon manata, xarici valyutada olan əmanətlər isə 99,9 milyon manat azalaraq 4 milyard 835,4 milyon manata düşüb.
İyulun sonunda cəmi əmanətlərin 43,6%-i milli valyutada, 56,4%-i xarici valyutada olub.
Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən etmişdir. Bu tarixdən əvvəl yuxarı hədlər müvafiq olaraq 15% və 3% idi.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri-müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (həmçinin vəsait saxlanma müddətinə uyğun olaraq faizlərin artırdığı əmanətlər də vardır, məsələn ilk ay 2%, növbəti ay 3% və s).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
11 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















