Beynəlxalq Bank 2 rayon şöbəsini yenilədi
Azərbaycan Beynəlxalq Bankı filialların transformasiyası layihəsi çərçivəsində filial və şöbələrini müasirləşdirir. Bu prosesin tərkib hissəsi olaraq bankın daha iki regional şöbəsinin xidmət ofisləri yenilənib.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Ağstafa şöbəsi Ağstafa şəhəri, Heydər Əliyev küçəsi - 47 B ünvanında, bankın korporativ üslubuna uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb.
Bankın Goranboy şöbəsinin Goranboy şəhəri, Heydər Əliyev küçəsi - 21 ünvanında yerləşən binasında isə əsaslı təmir işləri aparılıb və bu bina da yüksək xidmət standartları tələblərinə uyğun şəkildə yenidən qurulub.
Geniş məkanlarda yerləşən hər iki bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Xidmət ofislərində müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri bankın digər xidmət ofislərində olduğu kimi Goranboy və Ağstafa şöbələrində də kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, xidmət ofislərinin yenilənməsi prosesi Bakı və regionlardakı digər filial və şöbələri də əhatə etməkdədir:
“Müştərilərimizin getdikcə dəyişən istək və tələbatlarını nəzərə alaraq, onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməyə çalışırıq. Əminik ki, xidmət ofislərimizdəki şərait yüksək müştəri məmnuniyyəti yaradacaq. Digər filial və şöbələrimiz kimi bankın Goranboy və Ağstafa şöbələri də keyfiyyətli xidməti, çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək”.
Azərbaycan Beynəlxalq Bankının 36 filial və 39 şöbəsi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
53 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















