“AZERİLME” suvaq üçün əhəng məhsulu bölgələrdə tanıdılır
(®) Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti peşəkar tikinti ustalarının bir çətir altında birləşdiyi “Ustalar Klubu”nun da ölkəmizdə ilk yaradıcılarındandır. Ustaların bilik və bacarıqlarının artırılmasını qarşısına məqsəd qoyan Ustalar Klubunda tez-tez ustalarla görüşlər keçirilir, treninq və seminarlar təşkil olunur, “Mətanət A” şirkətinin məhsulları ilə bağlı ətraflı məlumatlar verilir.
Klubun ötən ayın sonlarından AZERLİME suvaq və hörgü üçün əhəng məhsulunun tanıdılması məqsədilə başlatdığı silsilə görüş - tədbirlər bölgələrdə davam edir. Təlimlərin növbəti ünvanı Cənub bölgəsi olub. Lənkəran şəhərində baş tutan təlimdə Lerik, Masallı, Astara, Cəlilabad, Biləsuvar və Lənkəran rayonlarından dörd yüzə yaxın usta və “Mətanət A” şirkətinin məhsullarının daimi müştəriləri iştirak edib. İştirakçılar əvvəlcə tədbir məkanının foyesində təşkil olunan sərgidə “Mətanət A” şirkətinin məhsulları ilə tanış olublar. Daha sonra onlara AZERLIME suvaq üçün əhəng məhsulu ilə bağlı ətraflı məlumat verilib. Təlimə qatılan yüzlərlə usta inşaat sektorunda unikal məhsul olan AZERLIME suvaq üçün əhəng məhsulunun hazırlanması və istifadəsi qaydaları ilə tanış olublar. Məhsulun üstün cəhətləri onlara əyani vəsaitlərlə nümayiş etdirilib.
Qeyd edək ki, AZERLİME suvaq və hörgü üçün əhəng məhsulu qum - sement qarışığına qatılaraq əhəngli suvaq əldə edilir. Avropada, inkişaf etmiş ölkələrdə artıq geniş yayılmış əhəngli suvaq ənənəsini təqdim edən AZERLİME suvaq üçün əhəng məhsulu inşaat sektorunda, suvaq və hörgü işlərinin görülməsində unikal bir məhsuldur. AZERLİME məhsulu suvağın hazırlanmasında istifadə olunan sementi 50 % azaldır, eyni zamanda suvağın möhkəmliyini normada saxlayır və yekunda suvaq xərcinə 25%-ə qədər də qənaət edir.
Təlim zamanı “Mətanət A” şirkətinin mütəxəssisləri ustaların AZERLIME suvaq üçün əhəng məhsulunun tətbiqi ilə bağlı suallarını da cavablandırıblar. Təlimlərin sonunda iştirakçılar arasında lotoreya çəkilişi həyata keçirilib, qaliblərə dəyərli hədiyyələr təqdim olunub.
“Ustalar Klubu”nun təlimləri gələn həftə də digər rayonlarda davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








