Azərbaycan holdinqi 7 şirkətini bağlayıb
"AB Standard" Şirkətlər Qrupu 5 törəmə şirkətini bağlayıb.
"Marja" xəbər verir ki, "AB TRADİNG" MMC, "AB TRAVEL"MMC, "AB SKYBELL" MMC, "AB SERVİCE" MMC, "MASALT" MMC, "AVTO ŞOP" MMC və "STANDARD FUTBOL KLUBU" MMC ləğv edilib.
Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.
AZEX - TÜRKİYƏDƏN SÜRƏTLİ ÇATDIRILMA
Qeyd edək ki, "Standard İnsurance" sığorta şirkəti "AB Standard" Şirkətlər Qrupuna daxildir. Hazırda "Standard İnsurance"ın Direktorlar şurasının sədri Məmmədov Nijad Məhərrəm oğlu, üzvlər isə Məmmədov Şahbaz Qoşun oğlu və Babayev Emin Heydər oğludur.
Vaxtilə "AB Standard" Şirkətlər Qrupu Azərbaycanda böyük maliyyə-sənaye qruplarından biri idi. Qrupa maliyyə, sənaye, ticarət, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 11 şirkət və müəssisə daxil idi.
“AB Standard” Şirkətlər Qrupu bağlanan “Bank Standard” QSC-nin səhmdarı idi.
HOLDİNQDƏN AÇIQLAMA
"AB Standard" Şirkətlər Qrupundan "Marja"ya bildirildi ki, ləğv edilən şirkətlər uzun müddətdir (7-10 il) fəaliyyət göstərmirdilər:
"Uzun müddətdir fəaliyyəti olmayan şirkətlərin artıq saxlanılmasına ehtiyac olmadığına qərar verildi. Bu səbəbdən hazırda ləğv proseslərinə başlamışıq".
Qrupun nümayəndəsi qeyd etdi ki, "AB Standard" Şirkətlər Qrupu fəaliyyətini davam etdirir və şirkətin səhmdarı dəyişməyib.
"AB Standard" Şirkətlər Qrupunun keçmiş iqtisadiyyat naziri Heydər Babayevə məxsus olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
13 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















