Azərbaycanda ilk: İkinci partiya barama tədarükünə başlanılıb
Zərdab rayonunda Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə ikinci partiya ipəkqurdu toxumu bəslənilir. Artıq ipəkqurdunun 70 faizi barama sarımağa başlayıb. Hətta yay yemləməsini 18-22-ci gün başa çatdıran bəzi təcrübəli kümçülər, o cümlədən İsaqbağı kəndindən Şahvələd Bayramov, Əlvənd kəndindən Mənsur İbrahimov və digərləri barama tədarük edirlər.
Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda onlarla kümçü barama tədarükünə başlayıb. Mütəxəssislərin ilkin proqnozlarına görə, ikinci mərhələdə rayon üzrə paylanılan ipəkqurdu toxumundan 10 tondan çox məhsul istehsalı gözlənilir.
2016-cı ildə Zərdabda cəmi 5710 kiloqram barama tədarük olunduğu halda, 2019-cu ildə bu göstərici 65 ton 321 kiloqrama çatdırılıb, 4 min nəfərə yaxın əhali bu sahədə mövsümü işlə təmin edilib. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək göstəricilərə nail olub.
Xatırladaq ki, bölgədə mövcud yem bazası və kümçülərin bu sahəyə marağı nəzərə alınaraq Çin Xalq Respublikasından gətirilən 300 qutu ipəkqurdu toxumu Qax Damazlıq Stansiyasında inkubasiya olunub və yerli kümçülərə pulsuz paylanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)






