Bakı Fond Birjasında fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib
Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında fyuçers törəmə maliyyə alətlərinin ticarətə buraxılması layihəsi üzrə BFB və üzvlərindən ibarət işçi qrupu yaradılıb. Bu barədə "Marja"ya Birjadan bildirilib.
Layihəyə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dəstək göstərilir.
HEDCİNQ İMKANI YARADIR
"Fyuçers törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə ticarətə buraxılmasının əsas üstünlüyü xarici valyuta üzərindən əməliyyat aparan bazar iştirakçıları üçün valyuta risklərinin idarə olunması və minimallaşdırılması üçün hedcinq imkanları yaratmasıdır. Maliyyə bazarlarında valyuta risklərinin azaldılmasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq, fyuçers tipli alətlərin investorlar, xüsusilə banklar, tərəfindən yüksək tələbatla qarşılanması gözlənilir. Hecinq imkanları ilə yanaşı fyuçers törəmə maliyyə alətlərinin ticarəti investorlar üçün əlavə gəlir mənbəyi formalaşdırmağa şərait yaradır.
Müxtəlif növ investorlar tərəfindən fyuçers tipli yeni alətlərə marağın göstərilməsi həmçinin fond birjasında ticarət üzrə likvidliliyin artmasına və bazar qiymətlərinin daha effektiv müəyyən olunmasına səbəb olacaqdır", - Birjanın məlumatında deyilir.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 8 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu







.jpg)









