Bank rəhbəri: "Azərbaycanda iflasla bağlı geniş hüquqi baza yaradılmalıdır"
"Azərbaycanın məhkəmə sistemindəki islahatlar və kommersiya məhkəmələrinin yaradılması çərçivəsində iflasla bağlı hüquqi baza da təkmilləşdirilməlidir".
Bunu jurnalistlərə "Bank VTB Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Evgeniy Kirin deyib.
O, öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı münaqişələri həll etmək üçün müəyyən norma və qaydalara, dünya təcrübəsində rast gəlinən mexanizmə ehtiyac olduğunu qeyd edib.
“Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanun qəbul olunsa da, işləmir. Bunu məhkəmə işlərinin sənədlərindən də görmək olar. Həmin qanun yalnız kreditorların mənafeyinə dəstək kimi qəbul olunmamalıdır. Müasir iflas qaydaları ilə borcluların da mənafeləri qorunur. Yəni hamının əvvəlcədən bildiyi oyun qaydaları qanunda təsbit olunur və dəqiq işləyir. Problemli borclarla bağlı vəziyyəti araşdırarkən məhz bədniyyətli borcalanlara təsir göstərmək üçün geniş imkanların olduğunu gördük”, – deyən bank rəhbəri kreditorları narahat edən başlıca məsələnin məqsədli, yəni aktivləri gizlətmək məqsədilə həyata keçirilən saxta iflas hallarının üzə çıxarmaq olduğunu diqqətə çatdırıb.
“Bu gün Azərbaycanda məqsədli iflasın qarşısını almaq üçün hüquqi alətlər çatışmır. Yəni ayrı-ayrı rəhbərlərin, səhmdarların bu cür əməllərinə hüquqi qiymət verilməlidir. Halbuki hazırda borclu tərəf şirkətin aktivlərinin qalmadığını, yalnız öhdəliklərinin olduğunu elan edir, belə qərarları kim verdiyini isə izah edən yoxdur. Biz kreditorlar bunu başa düşmürük, suallarımız yaranır, amma mövcud qanunlarla məsələnin həllinə nail ola bilmirik”, – deyən Y.Kirin qeyd edib.
O, sözügedən məsələnin yoluna qoyulmasının ölkədəki işgüzar və sərmayə mühitinə də müsbət təsir göstərəcəyini dilə gətirib: “Azərbaycandakı məhkəmə islahatları nəticəsində bu problemin aradan qalxacağına inanırıq”.
Bank rəhbəri həmçinin mövcud qanunu hüquqi və fiziki şəxslərin iflası məsələlərini tənzimləyən iki yerə ayırmağın zəruri olduğunu, bununla bağlı “VTB Group”un Rusiyada tətbiq etdiyi təctübəni bölüşməyə hazır olduğunu söyləyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)









