Bu şirkət sığorta ödənişini 2 günə verir
Müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə “Atəşgah” Sığorta Şirkəti avtomobil sahibləri üçün sığorta hadisələrinin tənzimlənmə prosedurunu sadələşdirib.
Şirkədən "Marja"ya daxil olmuş məlumata görə, sığorta hadisələrinin rəsmiləşdirilməsi üçün əvvəllər tələb edilən sənədlərin sayı azaldılıb, ödəniş isə 2 iş günü ərzində həyata keçirilir. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müştəri ilə razılıq əldə edildikdən sonra 2 iş günü ərzində müvafiq sənədlərin təqdimindən sonra verilir.
Bundan əlavə, əgər müştərinin carı hesabı varsa, bu proses əhəmiyyətli dərəcədə qısalır.
Yaxın gələcəkdə şirkət müştərilərin sığorta ödənişini 1 iş günü ərzində mümkün edə biləcək yeni maliyyə mexanizmi tətbiq etməyi nəzərdə tutub.
Qeyd edək ki, bu yenilik sığorta hadisəsi baş verən zaman zərərlik məbləği 1000 AZN – ə qədər təşkil edən hallara şamil edilir.
Qeyd edə ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 34 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























