Bank qarantiyalarını girov və nağd vəsait təminatı olmadan cəmi bir günə əldə edin!
(®) Aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı - PAŞA Bank Kiçik və orta sahibkarlar üçün təklif etdiyi məhsul və xidmətlərlə daim sahibkarın yanındadır. Bu məqsədlə Bank öz məhsul və xidmətlərini müştərilərin tələblərinə uyğun olaraq müntəzəm qaydada təkmilləşdirir. Hazırda sahibkarlar yerli tenderlərdə iştirak üçün tələb olunan qarantiyaları Banka müraciət edərək cəmi 1 günə rəsmiləşdirmək imkanı əldə edirlər.
Тenderin qalibi olan təchizatçıların işlərin yerinə yetirilməsindən imtina etmə riskini nəzərə alaraq Sifarişçi tender iştirakçılarından növbəti icra, avans və digər növ Bank qarantiyaları tələb edir. Bankın müştəriləri həmin Bank qarantiyalarını cəmi 1 günə girovsuz almaq imkanı əldə edirlər. Qarantiyanın alınması üçün istənilən sahibkar Banka müraciət edə bilər.
Kiçik və orta sahibkarlar üçün təkliflərimiz bununla da bitmir. Belə ki, 31 avqust tarixinədək Bankda onlayn hesab açan kiçik və orta sahibkarlar hesabı 50% güzəşt ilə açacaq, bir çox əməliyyatlara 50%-dək endirim əldə edəcək, yeni nəsil SMART Kassaların quraşdırılmasını pulsuz həyata keçirəcək və Gömrük kartını hədiyyə olaraq əldə edəcəklər.
Əgər Siz hələ PAŞA Bank müştərisi deyilsinizsə, cəmi 5 dəqiqəyə hesabınızı onlayn açıb, saytdan Sizə lazım olan qarantiyanı sifariş edə bilərsiniz.
Hesab açmaq üçün: https://www.pashabank.az/digital_solutions/az/online_account
Bank qarantiyaları haqqında daha ətraflı məlumat almaq və Banka müraciət etmək üçün: https://www.pashabank.az/sme_banking/az/node/35
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected]ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 17 d. əvvəl
- 36 d. əvvəl
-
42 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 43 d. əvvəl
- 46 d. əvvəl
-
14 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
14 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
15 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
15 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
Ən çox oxunanlar
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























