“Aztexnika”da cərimə edilib
Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə məhkəmə “Aztexnika LTD” MMC-ni inzibati qaydada cərimə edib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Cərimə ilə bağlı Abşeron Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.
"Aztexnika LTD” MMC ağır sənaye avadanlıqlarının idxalçısı və distribyutorudur. Şirkət dünyanın aparıcı markalarının idxal etdiyi texniki avadanlıqların rəsmi nümayəndəliyini öz üzərində cəmləşdirib.
Qeyd edək ki, "Aztexnika LTD” MMC ilə bağlı eyni maddə üzrə qərarlardan verilmiş bir neçə şikayətə Bakı Apellyasiya Məəhkəməsində də baxılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
-
9 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
-
9 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
14 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
16 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 19 d. əvvəl
-
29 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 45 d. əvvəl
- 51 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
























