"Zərurət yaransa, yaşayış minimumu və istehlak səbətinə yenidən baxılacaq"
"Minimum pensiyaların və əmək haqlarının artırılması, bir sıra sahələrdə ciddi artım, yaşayış minimumu standartlarına və istehlak səbətinin tərkibinə yenidən baxılması zərurətini ortaya çıxaracaq".
Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həm iqtisadi, həm sosial sahələrdə həyata keçirdiyi islahatlar kompleks xarakter daşıyır. Nazir müavini qeyd edib ki, əhalinin sosial müdafiəsi ilə bağlı bütün məsələlərə hökumət tərəfindən baxılacaq.
"Azərbaycanda yaşayış minimumu haqqında qanun qəbul edilib. Qanunun tələblərinə görə, bir sıra yaşayış minimumu ilə bağlı standartlar, minimum əmək haqqının, pensiyaların və dövlət sosial yardımının məbləği yaşayış minimumu ilə əlaqəlidir. Hər il yaşayış minimumu Milli Məclis tərəfindən təsdiq olunur".
Nazir müavini vurğulayıb ki, mövcud qanunvericiliyə görə, istehlak səbətinin tərkibinə hər üç ildən bir dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə yenidən baxılır.
"Bu məsələdə iki parametr əsas götürülür: Birincisi, səbətin çeşidi, yəni səbətə daxil olan məhsulların insanın fiziki tələbatını ödəməsi. İkincisi, səbətə daxil olan məhsulların dəyərinin müəyyən olunması. Əlbəttə hökumətdə bu istiqamətdə işlər görülür. Zərurət yaranacağı halda, yaşayış minimumu məbləğinə və istehlak səbətinin dəyərinə yenidən baxılacaq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























