Avropa Birliyindən Türkiyəyə Şərqi Aralıq dənizi təhdidi
Avropa Komissiyasının Prezidenti Yan Klod Juncker, Türkiyənin Şərqi Aralıq dənizinə ikinci qazma gəmisini göndərmək qərarının ardından bəzi tədbirlər görəcəklərini və bu tədbirlərin "yüngül" olmayacağını deyib.
Türkiyənin "Fatih" qazma gəmisindən sonra "Yavuz" qazma gəmisini də Kipr yaxınlığına göndərməsinə Avropa Birliyi reaksiya verib.
"Marja" xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Yan Klod Juncker mövzu ilə bağlı görüləcək tədbirlərin "yüngül" olmayacağını bildirib.
Brüsseldəki Avropa Birliyi liderlər sammitindən sonra açıqlama vermiş Juncker, "Kiprlə tam həmrəylik halındayıq. Türkiyənin Kipr sularında etdikləri tamamilə qəbul edilemezdir. Komissiya ən qısa müddətdə görüləcək tədbirləri müəyyənləşdirmək üçün səlahiyyətlidir. Bunu edəcəyik və bunlar yüngül tədbirlər olmayacaq" ifadələrini istifadə edib.
Bu həftə Avropa Birliyi Şurası Türkiyəni Kiprin hüquqlarına hörmət etməyə çağırmış və Avropa Komissiyasına cavab variantlarının hazırlaması üçün göstəriş vermişdi.
Türkiyə, 2011-ci ildə ilk qaz ehtiyatının tapıldığı Şərqi Aralıq dənizində Türkiyənin kənarda qalacağı heç bir layihənin reallaşmayacağını bildirir. Daha əvvəl Xarici işlər nazirinin Köməkçisi Faruk Kaymakçı, Avropa Birliyinin Aralıq dənizdə sərhədləri təyin etmək hüququ olmadığını söyləmişdi.
Cənubi Kipr Yunan Hissəsi isə Avropa Birliyindən Türkiyə məsələsində dəstək istəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







