PAŞA Bank yerli biznes üçün yeni nəsil kassa aparatlarını təqdim edib
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank ölkə bazarında ilk dəfə olaraq yerli sahibkarlar üçün yeni nəsil kassa aparatlarını təqdim edib.
Yeni “Smart kassa” aparatlarının əsas üstünlüyü vergi qanunvericiliyində planlaşdırılan dəyişikliklər, o cümlədən onlayn rejimdə aparılan bütün əməliyyatlar barədə məlumatların birbaşa Vergilər Nazirliyinə ötürülməsinə dair dəyişikliklər çərçivəsində nəzərdə tutulan tələblərə tam uyğun olmasıdır.
PAŞA Bankın təqdim etdiyi kompakt kassa aparatı özündə 3 funksiyanı – kassa, ödəniş terminalı və qəbzlərin çapı funksiyasını birləşdirir. Yeni qurğu istənilən əlavə avadanlığı (skaner, tərəzi və s.) qoşmağa, əvvəlcədən quraşdırılmış kassa proqram təminatı isə qurğunun yaddaşına təqdim olunan məhsul və xidmətlərə dair bütün lazımi məlumatları daxil etməyə imkan verir.
Sahibkar “Smart kassa” vasitəsilə həm nağd, həm də nağdsız hesablaşma əməliyyatları apara bilər. Yeni nəsil kassa aparatları, həmçinin aparılan əməliyyatlara dair bütün lazımi məlumatları yaddaşda saxlayır və kassiri ayrı-ayrılıqda kassa və POS-terminalla əməliyyat aparmaq zərurətindən azad edir, bu isə müştərilərə daha rahat xidmət göstərilməsinə təkan verir.
PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı Cəlal Orucovun sözlərinə görə, “Smart kassa” aparatları sahibkarlara bir sıra rəqabətli üstünlükləri təqdim edir.
“PAŞA Bankın təqdim etdiyi hazır həldən istifadə edən yerli sahibkarlar əməliyyatların aparılmasında uçot sisteminə nəzarəti əhəmiyyətli dərəcədə təkmilləşdirmək və xərcləri optimallaşdırmaq imkanı əldə edəcək. Biz əminik ki, “Smart kassa” yeni nəsil kassa aparatları sahibkarlar arasında tezliklə geniş yayılacaq, çünki PAŞA Bank iş adamları üçün genişləndirilmiş əlavə xidmət paketini də təqdim etməyə hazırlaşır. Bu xidmətlər arasında əmtəə qalıqlarının idarə edilməsi, məhsullara endirimlərin tətbiq olunması və onların uçotu, universal hesabatların tərtibi və s. xidmətlər var. Bir sözlə, biznes daima sahibkarın nəzarəti altında olacaq” – deyə C. Orucov qeyd edib.
PAŞA Bankın təklif etdiyi “Smart kassa” yeni nəsil kassa aparatları məhsul və xidmət obyektləri üçün (mağazalar, ictimai iaşə məntəqələri və s.) tam uyğundur, həmçinin SİM kart və ya Wi-Fi rabitəsi ilə fəaliyyət göstərdiyi üçün kuryer xidmətləri və səyyar ticarətlə məşğul olan qurumlar üçün daha sərfəli vasitədir. Artıq yeni nəsil kassa aparatı Azərbaycanın vergi qanunvericiliyində dəyişikliklər qüvvəyə mindiyi andan etibarən kassa modulunun işə salınması ilə POS-terminal kimi istifadə oluna bilər.
Aparılan əməliyyatların nəzərdə tutulan həcmini nəzərə alaraq PAŞA Bank avadanlığın ödənişsiz əsaslarla təqdim olunması imkanı da daxil olmaqla hədəf auditoriya üçün güzəştli şərtlərlə “Smart kassa” aparatlarını təklif edir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
6 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
11 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
12 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
13 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

















.jpg)





