Neft qiymətləri yüksəldi
OPEC və tərəfdaşlarının növbəti iclas üçün tarix təyin etməyə yaxın olması və ABŞ ilə Çinin ticarət danışıqlarına yenidən başlamaları ilə əlaqədar olaraq neft qiymətləri yüksəlib.
"Marja" xəbər verir ki, Brent neftinin qiyməti 62.22, ABŞ xam neftinin qiyməti isə 54 dollara qalxıb (Bakı vaxtı ilə saat 11:35-ə olan məlumat).
Dünən Brent neftinin qiyməti 60,70 dollaradək düşmüşdü.
OPEK + koalisiyası, növbəti toplantının 1-2 İyulda Vyanada keçirilməsi məsələsində razılığa gəlməyə yaxınlaşıb. Beləliklə qrup daxilində bu ilin ikinci yarısı üçün istehsal siyasətinin nə zaman müzakirə ediləcəyinə dair bir aydır ki, davam edən müzakirələr sona çatır. ABŞ və Çin liderləri gələn həftə Yaponiyada ticarət danışıqlarına yenidən başlamaq üçün görüşəcəklər. Bu açıqlamalar maliyyə bazarlarının "ralli" etməsinə səbəb olub.
Neft qiymətləri, ABŞ ilə Çin arasında dərinləşən ticarət münaqişəsinin tələbə mənfi təsir göstərməsi ilə Aprel ayının sonundan bu yana 19 faiz düşüb. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının nazirlər səviyyəsində keçirəcəyi görüşün tarixini təyin etməməsi də bazarlarda qeyri-müəyyənliyi artırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




