ABŞ neft hasilatı və istehlakında liderliyini qorudu
ABŞ, dünya üzrə neft hasilatı və istehlakında ötən il yenə birinci olub.
"Marja"nın "BP 2019 - Dünya Enerjisinin Statistik Mənzərəsi" hesabatından topladığı məlumatlara görə, qlobal neft istehsalı keçən il 2017-ci illə müqayisədə 2,4 faiz artaraq gündəlik orta hesabla 94,72 milyon barelə yüksəlib.
Keçən il dünya miqyasında neftin 16,2%-i ABŞ-da istehsal edilib. Beləliklə, ABŞ 5 il ardıcıl dünyanın ən çox neft istehsal edən ölkəsi olub.
ABŞ-ın neft hasilatı 2018-ci ildə bir əvvəlki illə müqayisədə 16,6% artaraq gündəlik orta hesabla 15,31 milyon barelə çatıb. Ölkədə neft hasilatı 2017-də gündəlik orta hesabla 13,13 milyon barrel səviyyəsində idi.
Hesabata görə, gündəlik ortalama neft istehsalını 2017-də 11,89 milyon barreldən 2018-də 12,28 milyon barrelə yüksəldən Səudiyyə Ərəbistanı isə neft istehsalında dünyada ikinci yeri tutub.
Həmin dövrdə Rusiyanın gündəlik ortalama neft istehsalı isə 11,25 milyon bareldən 11,43 milyon barelə çatıb. Beləliklə, Rusiya dünyanın ən çox neft istehsal edən üçüncü ölkəsi olub.
Dünyadakı neftin 20%-ni ABŞ istehlak edib
BP-nin hesabatına görə, qlobal neft istehlakı ötən il bir əvvəlki illə müqayisədə 1,5% artaraq 99,84 milyon barrelə çatıb.
ABŞ-da isə ötən il neft istehlakı gündəlik orta hesabla 20,46 milyon barrel olub. Beləliklə, ABŞ keçən il dünya miqyasında neftin 20,5%-ini tək başına istehlak edib və bu üzrə də birinci yeri tutub.
Ötən il neft istehlakında, gündəlik orta hesabla 13,52 milyon barrellə Çin dünya üzrə ikinci, Hindistan gündəlik orta hesabla 5,16 milyon barrel 3-cü olub.
Çinin gündəlik orta hesabla neft istehlakı bir əvvəlki ilələ müqayisədə 5,3%, Hindistanın gündəlik orta hesabla neft istehlakı isə ildən ilə 5,9 faiz yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























