"AtaBank"ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər
® “AtaBank” ASC müştərilərinə daha yüksək və operativ xidmət göstərmək məqsədi ilə bir sıra yeni xidmət və əməliyyatların icrasını bankın Qaynar xəttinə verib.
Beləliklə, həm fiziki, həm hüquqi şəxslər bankın 136 qısa nömrəsinə zəng edərək və lazımi identifikasiyadan keçərək şəxsi hesabları haqda bütün məlumatı ala və müxtəlif xidmətlərdən yararlana biləcəklər.
Bundan əlavə bir müddət öncə bankın WhatsApp və Telegram əlavələrinə bağlı 050 9999136 telefon nömrəsi də istifadəyə verilmişdir. Artıq bu mobil əlavələrdən müraciət edən müştərilər yalnız bankın məhsulları və xidmətləri haqda yox, həmçinin hesabları haqda məlumatı və bir sıra əməliyyatları onlayn şəkildə apara biləcəklər.
Biznesin İnkişafı Departamentinin direktoru Oruc İbrahimov bildirdi ki, AtaBank-ın müştəriləri bank kartının bloklaşdırılması/blokdan çıxarılması, hesab haqda məlumat, kredit borcu haqda məlumat, AtaNet istifadəçi şifrələrinin və uğursuz PİN cəhdlərinin sıfırlanması və digər xidmətlərdən artıq banka gəlmədən faydalana biləcəklər və gələcəkdə müştərilərin rahatlığı üçün yeni innovativ imkanlar yaradılacaq.
Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





