Bankirdən “kredit faizləri yüksəkdir” iddialarına cavab – “BÖYÜK GƏLİR YOXDUR”
Tez-tez dövlət rəsmilərinin, iqtisadçıların və müştərilərin kredit faizlərinin aşağı salınması barədə çağırışlarını eşidirik. İddia olunur ki, 12%-lə əmanət cəlb edib, 24%-lə kredit ayıran banklar yüksək qazanc götürürlər.
“KREDİT FAİZLƏRİNİN DÜŞMƏSİ ÜÇÜN, ƏMANƏT FAİZLƏRİ DÜŞMƏLİDİR”
“Marja”ya açıqlama verən “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov iddialara münasibət bildirib. Onun sözlərinə görə, kredit faizinə bankın sırf gəliri kimi baxılmamalıdır: “Kredit faizinin içərisində pulun maya dəyəri (cəlb edilməsinə ödənilən faiz - red), risk faktoru, əməliyyat xərcləri var. Risk faktoru və əməliyyat xərcləri o qədər də böyük pay təşkil etmir. Kredit faizində əsas pay pulun maya dəyərinə düşür. Azərbaycanda banklar kreditləri daha çox əhalidən cəlb etdikləri əmanətlər hesabına verirlər. Burada pulun maya dəyəri əmanətçilərə ödənilən faizdir “AccessBank”da əmanətlər üzrə orta faiz dərəcəsi 10%-dir. Hətta bəzi banklar 13%-lə əmanət qəbul edirlər. Xərcləri də nəzərə alsaq, 13% -lə cəlb edilən pulu Bank daha yüksək faizlə satmalıdır ki, qazanc götürsün. Kredit faizlərinin düşməsi üçün ilk növbədə əmanət faizləri düşməlidir”.
Anar Həsənov əlavə etdi ki, “AccessBank”da pulun itirilməsi riskinin qiyməti kredit faizlərinin 2-3 bəndi qədərdir. Kredit faizinin böyük hissəsi əmanət faizi, işçi, filialların saxlanılması və digər xərclərdir.
“1 NƏFƏRƏ 1 MİLYON MANAT BORC VERMƏK, 1000 NƏFƏRƏ 1 MİLYON MANAT BORC VERMƏKDƏN DAHA GƏLİRLİDİR”
Bankir qeyd etdi ki, əmanətlərə verilən faizlərlə kredit faizləri arasındakı kəskin fərq əslində rəqəm olaraq mövcuddur. Əmanətçi bir ilinin sonunda pulunun 12%-i qədər qazansa da, bank kreditin 24%-i qədər qazanmır. Müştəri kredit borcunu azalan qrafik ilə qaytardığından bankın gəliri daha aşağı olur:
“Kiçik kreditlərdə faizlər daha yüksək, məsələn 24% ola bilər. Orta və iri kreditlərdə isə faiz 14-15% civarındadır. Bu faizlər pulun maya dəyərinə çox yaxındır, banka cüzi gəlir qalır. Tutaq ki, müştəriyə 1 il müddətinə 24% ilə 1000 manat kredit ayrıldı. Müştəri hər ay qalıq əsas borcuna görə faiz ödəyir. Aylıq ödəniş azalan qrafiklə olduğundan müştəri 1000 manata görə 1 ilin sonunda təxmnən 100 manat əlavə pul ödəyir. Yəni, 1000 manatın 10%-i civarında, baxmayaraq ki, kredit 24%-lə ayrılmışdı.
Kiçik kreditlərdə faizin yüksək olması hər bir kredit üzrə eyni xərcin çəkilməsidir. Kiçik sahibkarın banka təqdim etməsi üçün audit yoxlaması, biznes planı yoxdur. Biz öz işçimizi sahibkarın ünvanına göndəririk. İşçi yarım gününü sərf edib müştərinin təsərrüfatına baxır, yazır-pozur. Sonra müştəri kredit komitəsində qiymətləndirilir. Tutaq ki, ertəsi gün müştəriyə 24%-lə 1000 manat kredit ayrılır. Müştəri bu 1000 manata görə, yekunda banka 240 manat deyil, təxminən 100 manat əlavə pul ödəyir. Burada nəzərə almaq lazımdır ki, 1000 manatlıq kreditlərdən ibarət portfeli yığmaq bank üçün daha xərclidir: İşçinin maaşı, nəqliyyat xərcləri, kredit komitəsi üzvlərinin maaşları və s. Kredit faizləri rəqəm olaraq böyük görünür, əslində bank üçün böyük gəlir yoxdur. 1 nəfərə 1 milyon manat kredit verməklə, 1000 nəfərə hər birinə 1000 manatdan olmaqla 1 milyon manat kredit vermək tamamilə ayrı-ayrı xərclər tələb edir. Bank 1 nəfərə 12%-lə ayırdığı 1 milyon manatdan daha çox qazanır, nəyinki 24%-lə 1000 nəfərin hər birinə ayırdığı 1000 manatlıq kreditlərdən. 1 müştəriyə 1 milyon manat kredit ayrılan zaman bankın işçisi cəmi 1 ünvana gedir, 1 müştərini araşdırır. 1 milyon manat 1000 müştəriyə verilən zaman bankın işçisi 1000 ünvanda olur və 1000 müştəri araşdırılır. Başqa sözlə, 1 milyon manat kreditin verilməsi üçün xərc bir dəfə deyil, eyni xərc min dəfə çəkilir”.
“AccessBank”ın İdarə Heyətinin sədri vurğuladı ki, illik faiz dərəcəsi 15%-dək olan milli valyutadakı əmanətlərin sığortalanmasına baxmayaraq banklarda əmanət faizləri daha aşağıdır: “Bazarda əmanət faizləri ortalama 10-12% civarındadır. Mən əmanət faizlərinin orta hesabla 8-9%-ə düşəcəyini gözləyirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 46 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)









