ABŞ-dan İrana yeni sanksiya
ABŞ Xəzinə Nazirliyi yanında Xarici Aktivlərin İdarəedilməsi Ofisi (OFAC), İranın ən böyük neft-kimya şirkəti olan "İran Körfəzi Neft-kimya Sənayesi Şirkəti"ni (Persian Gulf Petrochemical Industries Company/PGPIC) və 39 törəmə şirkətini sanksiya siyahısına daxil etdiyini açıqlayıb.
"Marja" OFAC-dan verilən yazılı açıqlamaya istinadən xəbər verir ki, sanksiyaya səbəb olaraq söz mövzusu şirkətlərin İran İslam İnqilabı Keşişçiləri Ordusuna (IRGC) aid "Khatam al-Anbiya" adlı inşaat şirkətinə maddi dəstək təmin etməsi göstərilib.
"Khatam al -Anbiya" və "Basij Cooperative Foundation" kimi şirkətlərin İranın biznes və maliyyə sektorlarında böyük aktivlərə malik olduğu qeyd edilən açıqlamada, bu şirkətlərin müdafiə, inşaat, hava nəqliyyatı, neft, bank, metalurgiya, avtomobil və mədənçilik kimi milyardlarla dollarlıq müəssisələrə nəzarət edərək İran İslam İnqilabı Keşişçiləri Ordusuna maliyyə dəstəyi təmin etdiyi qeyd edilib.
Digər tərəfdən, açıqlamada söz mövzusu ana şirkətlərə aid 39 törəmə şirkətə və fərdlərə də sanksiya tətbiq olunduğu qeyd edilərək, "PGPIC və əlaqəli neft-kimya şirkətlər qrupu, İranın neft-kimya istehsal gücünün 40%-nə nəzarət edir və İranın cəmi neft-kimya ixracının 50%-nə həyata keçirir" ifadələrinə yer verilib.
Sanksiya qərarına dair yazılı açıqlamada ABŞ Xəzinə naziri Steven Mnuchin bunları qeyd edib:
"Bu şirkəti hədəfləyərək, İranın IRGC-yə dəstək təmin edən maliyyə mənbəyini kəsməyi hədəfləyirik. Bu hərəkət, neft-kimya sektorunda və IRGC-yə maliyyə olaraq həyat imkanı təmin edən digər şirkətləri hədəfləməyə davam edəcəyimizin bir xəbərdarlığıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




