Ən yuxarı (mobil)-2_30

Azərbaycanın böyük magistral su kanalı yenidən qurulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın böyük magistral su kanalı yenidən qurulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yeni böyük magistral su kanalı çəkiləcək.

 

Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə  5 iyun – Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə rəsmi mətbuatda  dərc edilən məqaləsində yazıb.

 

Ə. Əhmədzadə bildirib ki, Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilib. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə-smeta sənədləri hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır.

 

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri qeyd edib ki, kanalın yenidənqurulmasında əsas məqsəd 1958-ci ildə istifadəyə verilmiş və uzun müddət fasiləsiz olaraq istismar olunmuş kanaldan baş verən sızma itkilərinin azaldılması, suvarma suyundan daha səmərəli istifadə olunması, gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni bir magistral kanalın yaradılmasıdır: "Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcək".

 

04.06.2019 07:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18