Bayram günlərində hava necə olacaq? - PROQNOZ
Azərbaycanda Ramazan bayramı günlərində müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, iyunun 5-6-da ölkə ərazisində hava yağmursuz keçəcək.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də günəşli hava şəraiti gözlənilir: “Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 31-36 dərəcə isti təşkil edəcək. İyunun 6-da şimal küləyinin sürəti arabir 18-20 metrə çatacaq. Həmin gün 31-36 dərəcə isti olacaq.
Rayonlarda da hava yağmursuz olacaq.
Lakin bəzi dağlıq ərazilərdə lokal qısa müddətli şimşək, yağış ehtimalı var. Əksər rayonlarda yağmursuz və isti hava şəraiti müşahidə olunacaq.
Aran rayonlarında iki gün ərzində kifayət qədər yüksək temperatur gözlənilir.
Maksimal temperatur 34-39 dərəcəyə qədər yüksələcək. Respublikanın dağlıq ərazilərində 25-30 dərəcə isti təşkil edəcək. Bu həftə sonuna qədər hava şəraitində ciddi dəyişikliklər gözlənilmir. Yüksək temperatur yaxın 3-4 gün ərzində davam edəcək”.
U.Tağıyeva qeyd edib ki, keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi: “Bu ilin iyun ayında isə keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. İqlim norma ilə müqayisədə havanın temperaturu, təxminən, 5-6 dərəcə yüksəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





