"6000 kart sahibi “Azərpoçt”dan öz kartlarını götürməyib"
Problemli kreditlərin həlli ilə bağlı Prezidentin Fərmanının yekun fazasındayıq. Kompensasiya ödənişlərinin 90%-dən çoxu icra olunub.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov açıqlaması zamanı bildirib.
““Azərpoçt”un kommunikasiyasını gördük. 19 min fiziki şəxs 500 manatdan aşağı kompensasiya məbləğinə sahib olan insanlardır. 6000 kart sahibi “Azərpoçt”dan öz kartlarını götürməlidirlər. Bununla əlaqədar “Azərpoçt” da müraciət edib. Həmin vətəndaşlar ya ölkədə yoxdurlar, ya da bu və ya digər səbəbdən vəsaiti götürməyə tələsmirlər. Çünki xeyli sayda vətəndaşlarımız var ki, onların kompensasiya məbləğləri 50-20 manatdan aşağıdır”, - deyə İ.Alışov bildirib.
Xatırladaq ki, dövlət başçısının bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 900 minə yaxın vətəndaşın fayda görəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















