BMT problemli kreditlərin həlli ilə bağlı fərmanı yüksək qiymətləndirir
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İshaqzai və BMT-nin Azərbaycan ofisinin koordinasiya məsələləri üzrə analitiki Şəms Mustafayeva ilə görüş keçirilib.
Palatdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov nümayəndə heyətini salamlayaraq Azərbaycanda maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, Bazel standartlarının tətbiqi üzrə reallaşdırılan maliyyə islahatları barədə ətraflı məlumat verərək ölkənin bank, sığorta və qiymətli kağızlar bazarının hazırki vəziyyəti, maliyyə bazarlarının aparıcı komponentləri kimi bu sferalarda əldə olunan irəliləyişlər haqda bir çox məqamları diqqətə çatdırıb. Ölkədə maliyyə sektorunda izlənilən islahatyönümlü tendensiyanın beynəlxalq arenada yüksək qiymətləndirildiyi, bunun nəticəsi olaraq, “Doingbusiness 2019” hesabatında ölkəmizin kreditlərin əlçatanlığı indikatoru üzrə 122-ci yerdən 100 pillə irəliləyərək 22-ci pilləyə yüksəlməsi, kredit məlumatlarının əhatəliliyi indeksi üzrə 8 mümkün baldan 8 bal toplayaraq 10 ən islahatçı ölkə sırasına daxil olması vurğulanıb.
Daha sonra əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman barədə məlumat verilib. Ölkə əhalisinə dövlət dəstəyinin bariz nümunəsi kimi imzalanan və icra olunan Fərmanın böyük çərçivədə insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməsi ilə yanaşı, bankların maliyyə stabilliyinin bərpa edilməsində mühüm rol oynayacağı vurğulanıb.
Öz növbəsində, BMT rəsmisi ölkədə həyata keçirilən iqtisadi və sosial islahatların təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, ölkədə yeni iş yerlərinin yaradılmasının, maliyyə sahəsində mütəmadi islahatların həyata keçirilməsinin dövlətimizin prioritet hədəflərindən olmasından, qısa zaman kəsiyində maliyyə sektorunda əldə edilən stabillikdən məmnunluğunu ifadə edib. Q.İsakzai həmçinin problemli kreditlərlə bağlı məlum Fərmanın BMT tərəfindən yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Eyni zamanda, görüş zamanı Palatanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsindən, ümumilikdə 49 beynəlxalq təşkilat və maliyyə nəzarəti orqanları ilə məhsuldar əlaqələrin qurulmasından, qlobal maliyyə bazarlarında tətbiq olunan beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyasının Palatanın əsas hədəflərindən biri olmasından danışılıb. Bununla əlaqədar, Palatanın BMT tərəfindən bir çox ölkələrdə həyata keçirilən maliyyə inklüzivliyi, maliyyə savadlılığının artırılması və maliyyə şəffaflığı layihələrindən yararlanmaqda maraqlı olduğu nəzərə çatdırılıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)








