Neft ABŞ-dan gələn xəbərlər ilə ucuzlaşır
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya (satış məqsədli) xam neft ehtiyatlarının keçən həftə 4,7 milyon barel (1%) artaraq 476,8 milyon barelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları bir əvvəlki həftə 5,4 milyon barel artım qeyd etmişdi.
"Marja" xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 1,1 milyon barel azalaraq 644,8 milyon barelə geriləyib.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 3,7 milyon barel (1,7%) artaraq 228,7 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 1,1 milyon barel düşmüşdü.
Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 100 min barel artıb. 11-17 May həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,2 milyon barel təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
ABŞ-ın xam neft idxalı 669 min barel azalaraq 6,94 milyon barelə, ixracı da gündəlik ortalama 425 min barel azalaraq 2,92 milyon barelə geriləyib.
ABŞ-da xam neft ehtiyatlarının və istehsalın artması ilə əlaqədar olaraq neft qiymətləri düşür. Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, Brent nefti 0,9% ucuzlaşma ilə,70,37 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























