"İstintaqın nəticəsini gözləməliyik"
“Diqlas” Ticarət Mərkəzində baş verən yanğında dəyən ziyanın inventarizasiyasi başa çatdırılıb və hazırda istintaq prosesi davam edir.
Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
S.Məmmədov həmçinin bu tipli hadisələrin bir daha təkrarlanmaması üçün sahibkarlara öz əmlaklarını sığortalanmasını tövsiyə edir:
""Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı ayrılan vəsait sahibkarlıq subyektlərinə seçilmiş banklar vasitəsilə artıq təqdim olunub. Onlara dəyən ziyanın inventarizasiyasi başa çatdırıldı və hazırda istintaq prosesi davam edir. Biz istintaqın nəticəsini gözləməliyik",- deyə nazir müavini bildirib.
Nazir müavinin sözlərinə görə, beynəlxalq təcrübəyə uyğun olaraq bu proseslər sığorta mexanizmləri ilə tənzimlənir:
“Həmçinin belə hallar baş verdikdə sığorta mexanizmləri işə düşür və sahibkarlıq subyektlərinə sığorta şirkətləri tərəfindən dəyən ziyan ödənilir. Sözsüz ki, Azərbaycanda da bu sahədə də qanunvericilik əsasları mövcuddur və qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Sahibkarlarımıza tövsiyəmiz odur ki, öz əmlaklarını sığortalasınlar ki, gələcəkdə belə hallarla üzləşməsinlər",- deyə S.Məmmədov əlavə edib.
Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 9 ticarət mərkəzi təklif olunub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























