"Aktivlərin gəlirliliyinə görə 2-ci, kapitalın gəlirliliyinə görə 3-cü yerdəyik"
“AFB Bank” ASC media nümayəndələri ilə görüş təşkil edib.
Tədbirdə iştirak edən Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Aydın Hüseynov, İdarə Heyətinin sədr müavinləri Lalə Quliyeva və Natiq Namazov bankın fəaliyyəti barədə geniş təqdimatla çıxış ediblər və jurnalistlərin suallarını cavablandırıblar.
“AFB Bank”-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Aydın Hüseynov 2018-ci il üzrə bankın maliyyə nəticələrini media nümayəndələrinə təqdim edib. Onun sözlərinə görə “AFB Bank” 2018-ci ili 21 milyon 654 min manat mənfəətlə bitirib. Bank tərəfindən müştərilərə verilən kreditin həcmi 194 milyon 305 min manat, bankın aktivləri 417 milyon 530 min manat, məcmu kapitalı isə 84 milyon 937 min manat təşkil edib.
“2018-ci ilin nəticələrinə əsasən “AFB Bank” aktivlərinin gəlirliliyinə görə 2-ci, kapital gəlirliyinə görə isə banklar arasında 3-cü yerdədir”- deyə A.Hüseynov bildirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Müştərilərinə bütün növ bank xidmətləri və məhsulları təklif edən “AFB Bank” XÖHKS, AZİPS və SWIFT pul ödəniş sistemlərinin üzvüdür. Bankın ölkə üzrə ümumilikdə 11 filialı və 5 şöbəsi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























