"Kompensasiya üçün rüşvət tələb edildiyini deyən “MuğanBank”ın müştərisi deyil" - AÇIQLAMA
“Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edilməsi ilə bağlı iddialara bank münasibət bildirib.
HƏMÇİNİN OXU:“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər”
“Muğanbank” ASC-nin İdarə Heyəti Sədrinin hüquqi məsələlər üzrə müşaviri Sahib Daşdəmirovun adından verilən açıqlamada bildirilir ki, kompensasiya üçün ondan rüşvət tələb edildiyini deyən Rövşən Qəhrəmanov “MuğanBank” ASC-nin müştərisi deyil və ona heç bir kompensasiya məbləğinin verilməsi nəzərdə tutulmayıb:
“Bildirmək istəyirik ki, həqiqətəndə R.Qəhrəmanov “MuğanBank” ASC-nin Şəmkir filialına müraciət edərək, yuxarıda adı çəkilən müştərilərə çatacaq kompensasiya məbləği ilə maraqlanmağa çalışıb, lakin bank tərəfindən R.Qəhrəmanova “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları izah edilmiş və digər müştəri barədə məlumat verilməsindən imtina edilib.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən vətəndaşlara kompensasiyalar tam şəffaf şəraitdə verilməklə yanaşı kompensasiyaların verilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarəti altında həyata keçirilir və hər hansı hüquq pozuntusuna yol verilmir.
Vətəndaş Hacıyeva Yavər Teymur qızı isə banka müraciət edərək heç bir sayta narazılıq etmədiyini və ümumiyyətlə bu barədə xəbərinin olmamasını bildirib”.
Xatırladaq ki, bu gün şikayət üçün müraciət edən vətəndaş Rövşən Qəhrəmanov bildirmişdi ki, 2015- ci ildə “Muğanbank”ın Şəmkir filialından Hüseynova Validə Əli qızının adına dollar krediti götürüb, sonradan həmin krediti ödəməsinə baxmayaraq hal-hazırda ona müəyyən olunmuş kompensasiya məbləğinin alması üçün müvafiq plastik kart ona bank tərəfindən təqdim edilməyib və ondan 240 manat məbləğində pul tələb edilib.
Eyni zamanda, yuxarıda adı qeyd olunan Rövşən Qəhrəmanov bankın digər müştərisi Hacıyeva Yavər Teymur qızının adından da şikayət edərək eyni məzmunlu müraciət edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib





























