ABŞ Çin məhsullarına gömrük tarifini 2 dəfədən çox qaldırdı
ABŞ, 200 milyard dollarlıq Çin məhsullarna qarşı gömrük tarifini 10 Maydan etibarən 10 faizdən 25 faizə qaldırır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Marja" xəbər verir ki, qərar ABŞ-ın rəsmi qəzeti olan "Federal Register"da dərc olunub.
ABŞ Prezidenti Donald Tramp qərarın ardından "Twitter" hesabından verdiyi açıqlamada, Çin Baş nazirinin köməkçisi Liu He-nin danışıq aparmaq üçün Vaşinqtona gələcəyini bildirib.
Tramp Twitter mesajında "Görəcəyik. Ancaq illik 100 milyard dollardan çox verginin ABŞ-ın büdcəsini dolduracağına görə çox xoşbəxtəm. ABŞ üçün möcüzə, Çin üçün yaxşı deyil!", - yazıb.
Tramp, bazar günü "Twitter" hesabından verdiyi açıqlamada, Çindən idxal edilən 200 milyard dollarlıq məhsula vergini 10 faizdən 25 faizə qaldıracağını bildirmişdi. Tramp, ticarət sazişi üçün danışıqların çox ləng getdiyindən, Çinin bir çox məsələləri yenidən müzakirə etmək istədiyindən şikayət etmişdi.
Trampın sərt açıqlamaları Çin nümayəndə heyətinin bu həftə Vaşinqtona səfəri ərəfəsinə təsadüf edir.
Tramp, "Çin, 10 aydır ABŞ-a 50 milyard dollar dəyərində olan yüksək texnologiya məhsullarında 25 faiz, 200 milyard dollar dəyərindəki digər məhsullarında isə 10 faiz gömrük vergisi ödəyir. Bu 10 faiz də cümə günü 25%-ə qalxacaq. Çindən gələn 325 milyard dollar dəyərindəki digər məhsullara hələ də vergi qoyulmur, ancaq yaxında 25 faiz olacaq. ABŞ-a ödənilən vergilərin, Çin tərəfindən ödənilməsi sayəsində məhsul qiymətləri üzərində çox az təsiri oldu. Çin ilə Ticarət Müqaviləsi üçün danışıqlar davam edir, ancaq təkrar müzakirə etmək istəmələri səbəbindən çox ləng gedir", - "Twitter"də yazmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























