53 milyard dollarlıq meqa neft layihəsi
İraqın Baş naziri Adil Abdulmehdi, ABŞ-ın enerji şirkəti "ExxonMobil" və Çinin nəhəng neft şirkəti "PetroChina" ilə 53 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşdıqlarını söyləyib.
"Marja" xəbər verir ki, Abdulmehdi, paytaxt Bağdadda keçirdiyi həftəlik mətbuat konfransında, ABŞ və Çin şirkətləri ilə imzalanacaq meqa layihə müqaviləsi haqqında məlumatlar verib.
İraqın yaxın vaxtlarda "ExxonMobil" və "PetroChina" ilə 53 milyard dollarlıq neft müqaviləsi imzalayacağını bildirən Abdulmehdi, "İraq Neft Nazirliyi, "ExxonMobil" və "PetroChina", hazırda neftin qiymətlərinin düşməsi və artması halında mənfəətin necə bölüşdürüləcəyini müzakirə edirlər",- deyib.
İraqın Baş naziri, müqavilənin 30 illik olacağını və bu müddət ərzində 400 milyard dollardan çox qazanc əldə etməyi planlaşdırdıqlarını bildirib.
Abdulmehdi, meqa neft müqaviləsində İraqın cənubundakı iki neft yatağının - "Nahr min Umar" və "Artavi"nin inkişaf etdirilməsilə yataqlarım neft istehsalı gücünün gündəlik 125 min bareldən 500 minə qaldırılmasının da yer aldığını deyib.
Abdulmehdi, "ExxonMobil" müqaviləsinin ABŞ-ın Tehrana qarşı sanksiyaları ilə bir əlaqəsi yoxdur",-. ifadəsini də istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























