Başqasının əvəzinə imtahan verib pul qazanacaqdılar - RƏSMİ AÇIQLAMA
"Təəssüflər olsun ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir."
"Marja" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, ayrı-ayrı hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunan qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınb.
Habelə müəyyən olunb ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər.
Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29,320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı hər iki qurum tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"

























