“Bank of Baku” maliyyə hesabatını açıqladı!
“Bank of Baku”, 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, 31 mart 2019-cu il tarixinə olan hesabata əsasən, bankın həm xalis faiz gəlirlərində, həm də qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Cari ilin ilk 3 ayının göstəricilərinə əsasən, Bankın xalis faiz gəlirləri 7.43 mln. manata çatmışdır ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12.9% çoxdur. Bankın qeyri-faiz gəlirləri isə analoji dövrlə müqayisədə 51% artım göstərərək, 1.4 mln. manat həcmində olub.
Bank xərclərində isə azalma müşahidə olunub. Belə ki, bu ilin birinci rübündə faiz xərci 2018-ci ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 3.25 mln. manat təşkil edib. Qeyri-faiz xərcləri isə 6.9 mln. manat olub ki, bu da analoji dövrlə müqayisədə 4% daha azdır.
Hesabat dövrünün sonuna Bankın əməliyyat mənfəəti 1.89 mln. manat təşkil edib.
Tənzimləyici orqanın müəyyən etdiyi müvafiq normativin tələblərinə uyğun olaraq ehtiyat həcminin tələb olunan səviyyəyə çatdırılması bank tərəfindən tam olaraq təmin edilmiş, bu məqsədlə cari ilin birinci rübündə 11.48 mln. manat əlavə ehtiyat yaradılmışdır. Bunun nəticəsində, bank cari dövrü 7.75 mln. manat zərərlə yekunlaşdırıb.
"Qeyd edək ki, kredit müştərilərinin maddi rifahının yaxşılaşdırılması və bank sektorunun sağlamlaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanın icrası Bank of Baku-nun maliyyə vəziyyətinin yaxşılaşmasına və Bankın sağlamlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bütün bu göstəricilər aprel ayının yekunu ilə bağlı hesabatda öz əksini tapacaq və bu haqda geniş ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Əlavə olaraq onu da qeyd edək ki, “Moody's” beynəlxalq reytinq agentliyi də sonuncu hesabatında, fərmanın bankın maliyyə vəziyyətinə müsbət təsir edəcəyini proqnozlaşdıraraq, Bank of Baku-nun əmanət üzrə reytinqini neqativdən stabilə yüksəldib",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
17 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
57 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb


















.jpg)






