“AmrahBank” yeni maliyyə göstəricilərini açıqladı
“Amrahbank”ın gəlirləri artıb, xərcləri azalıb. Gəlirlərin artması və xərclərin azalması hesabına Bankın zərəri kəskin azalıb.
“Amrahbank” ASC 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Amrahbank”ın cəmi gəlirləri 4 milyon 273 min manat, cəmi xərcləri isə 6 milyon 303 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 2 milyon 30 min manat zərər yaranıb. Kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatdan 335 min manat azad olduğundan zərər 1 milyon 694 min manata düşüb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci rübündə “Amrahbank”ın cəmi gəlirləri 3 milyon 587 min manat, cəmi xərcləri 8 milyon 971 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən “Amrahbank” ilk rübü 5 milyon 384 min manat zərər ilə başa vurmuşdu. Beləliklə, ötən ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə Amrahbank”ın zərəri 2 dəfədən çox azalıb.
2018-ci ilin 1-ci rübündə "AmrahBank"ın faiz gəlirləri 2 milyon 124 min manat ikən, 2019-cu ilin 1-ci rübündə 3 milyon 31 min manat təşkil edib. Haqq və komissiya gəlirləri isə 713 min manatdan 764 min manata yüksəlib. Xarici valyuta əməliyyatları üzrə xalis gəlirləri isə 750 min manatdan 467 min manata düşüb.
31 Mart 2019-cu il tarixində “Amrahbank” 202 milyon 121 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 107 milyon 458 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 31 Dekabr 2018-ci il tarixində "Amrahbank" 230 milyon 330 min manat cəmi aktivlərə malik idi. Aktivlərin 111 milyon 862 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 4 d. əvvəl
-
-
16 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
56 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb




















.jpg)




