Avropa bankı Azərbaycan üzrə yeni strategiyanı təsdiqlədi - İSTİQAMƏTLƏR
İqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlərdəndir
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üçün Bankın növbəti 5 il ərzində ölkədə investisiyalarını və dövlətlə münasibətlərini yönləndirəcək yeni strategiyanı təsdiq edib. Bu barədə "Marja"ya AYİB-dən bildirilib.
2019-24-cü illər üzrə strategiya aşağıdakı prioritetləri əks etdirir:
-Qeyri-neft sektorlarında özəl sektorun inkişafını dəstəkləməklə və özəl və dövlət şirkətlərinin idarəetməsini gücləndirməklə, Bank Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcək,
-Yerli bank və qeyri-bank təşkilatlarında kreditləşdirməni stimullaşdırmaqla və yerli valyuta və kapital bazarlarının inkişafına yardım etməklə, AYİB yerli bizneslərin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsi istiqamətində işini davam etdirəcək,
-Bərpa olunan enerji mənbələri, artan enerji səmərəliliyi, daha təmiz nəqliyyat və dayanıqlı infrastruktur da daxil olmaqla, Bank ölkənin yaşıl iqtisadiyyatına dəstəyini artıracaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
AYİB-in Bakı ofisinin Rəhbəri Ivana Duarte deyib: “Bu yeni strategiya bizim Azərbaycandakı fəaliyyətimizə yeni təkan verir. AYİB Azərbaycanın öz qeyri-neft sektorunu inkişaf etdirməsi, yerli kreditorların gücləndirilməsi və yaşıl iqtisadiyyatına investisiya qoyuluşlarının artırılmasına yardım etməyə hazırdır. Biz bərpa olunan enerji sektorunda böyük potensialın olduğunu görürük və bu sahədə real dəyişiklik etmək məqsədi daşıyırıq. Səlahiyyətli orqanların enerji bazarında islahatlar aparmaq və biznes mühitini yaxşılaşdırmaq istiqamətində göstərdikləri davamlı səylər bizim öz vəsaitlərimizin ayrılması və başqa mənbələrdən maliyyənin cəlb edilməsinə böyük yardım edəcək.”
AYİB Azərbaycanda aparıcı investordur və indiyədək aşağıda verilmiş müxtəlif sektorlara (enerji, infrastruktur, bankçılıq, sənaye və kommersiya) təxminən 3.3 milyard avro investisiya qoyuluşu etmişdir.
Strategiya ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
17 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
57 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
























