“Bank Respublika”nın aktivləri 1 milyard manatı keçib!
(®) "Bank Respublika" 2019-cu ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Bank birinci rübdə bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib və bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.
Belə ki, 31 mart 2019-cu il tarixinə bankın aktivləri 1 milyard manatı keçmişdir, bu da ötən ilin birinci rübünün göstəricisindən 47% çoxdur. Bundan başqa, Bankın məcmu kapitalı 28%, kredit portfeli 45%, depozit portfeli 60%, xalis mənfəəti isə 3 dəfədən çox artmışdır.
Hesabata əsasən, Bankın xalis faiz mənfəəti 2 dəfə artaraq 8,14 milyon manat, xalis əməliyyat mənfəəti isə 4 dəfədən çox artaraq 2,48 milyon manat təşkil etmişdir.
“Artıq bu ilin birinci rübündə Bank uğurlu nəticələr göstərmişdir, bunu aktiv olaraq artan müştəri bazası, eləcə də həm biznes həm də fərdi bankçılıq sahəsində əldə etdiyimiz maliyyə göstəriciləri təsdiqləyir. Bz müştərilərimizin etibarını yüksək qiymətləndiririk və bankın məhsul və xidmət çeşidini genişləndirməyə, eləcə də xidmətin rahatlığını və keyfiyyətini daha da artırmağa davam edəcəyik. Cari il ərzində biz bütün sahələr üzrə daha böyük nəticələr əldə edəcəyimizə inanır və ölkə iqtisadiyyatının inkişafı üçün drayver rolu oynayan kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə apardığımız aktiv işlərimizi davam etdirəcəyik”- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
17 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
57 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb




















.jpg)




