Azərbaycanda yeni salınan badam bağlarından ilk məhsul yığılacaq
Şabran rayonunda dörd il əvvəl salınan badam bağlarından bu il ilk məhsul toplanacaq. Təsərrüfat sahibləri məhsuldarlığın yüksək olacağını bildirirlər. Son günlər hava şəraiti qeyri-sabit keçsə də, vaxtında aparılan aqrotexniki tədbirlər nəticəsində çiçəkləmə dövründə olan ağaclara ziyan dəyməyib.
Hazırda Şabran rayonunda 83 hektar badam bağı mövcuddur. Ötən ilə kimi bu bağların cəmi 6 hektarı barverən idi. Həmin badam bağlarından 12 tona yaxın məhsul toplanmışdı.
Fermer Tural Ələkbərov təsərrüfatlarında dörd il əvvəl badam bağlarının salınmasına başlandığını bildirib. Hazırda 23 hektar badam bağına qulluq edir.
“Bizdə iki növ badam becərilir. 10 hektarda “Guara” adlanan badam növünə aid tinglər əkmişik. Bu ağaclar 3 ildən sonra məhsul verir. 13 hektar yeni salınan bağlarda isə Fransadan gətirilən badam növü yetişdirməyə başlamışıq. İlk saldığımız bağlardan bu il məhsul toplayacağıq. Hər hektardan orta hesabla 3-4 ton badam toplayacağımız gözləyirik. Ləpə şəklində isə hər hektara görə məhsuldarlıq 1-1,5 ton olacaq. Bu da bizim üçün çox yaxşı göstəricidir. Çünki cavan badam ağaclarımızın ilk məhsuludur. Getdikcə məhsuldarlıq daha da artacaq”, - deyə təsərrüfatçı qeyd edib.
Badam bağlarında məhsul iyul-avqust aylarında yığılacaq.
Şabran rayonunun iqlim şəraiti və coğrafi mühiti badam və qoz bağlarının becərilməsi üçün olduqca əlverişlidir. Ötən il rayonda fermerlər tərəfindən 8,8 hektar yeni badam bağı, 15,2 hektar qoz bağı salınıb. Rayonda badam və qoz bağlarının salınması işləri davam etdirilir. Fermerlər yeni salınan superintensiv bağlarda xarici ölkələrin təcrübəsindən faydalanırlar. Qarşıdakı illərdə Şabran rayonunda badam bağlarının sahəsinin 200 hektara çatdırılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları ilə bağlı keçirilmiş konfransdakı nitqində ölkədə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bağçılıqda badam və qoz bağlarının salınması ilə bağlı tapşırıqlarına uyğun olaraq, yeni bağların salınması mühüm vəzifə kimi qarşıya qoyulub.
2017-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 23, Qusarda 10, Beyləqanda 28, Tərtərdə 18, Cəlilabadda 2 və Abşeronda 1 hektar olmaqla, 82 hektarda badam tingləri əkilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)



.jpg)








