Bakıda BMW X7 və BMW 7-ci SERIYA avtomobillərinin təntənəli təqdimatı keçirildi
(®) 18 aprel tarixində BMW avtomobillərinin Azərbaycandakı rəsmi idxalçısı “Improtex Motors” şirkəti “Elektra Hall”da yeni flaqman BMW X7 krossoverinin təqdimatını keçirtdi.
BMW X7 cəlbedici xarici görünüşü, eksklüzivliyini özündə birləşdirən, Sports Activity Vehicle (SAV) seqmentinə xas idman idarəetməsi və universallığı olan ilk avtomobildir. BMW X xəttində ən iri model olaraq, yüksək səviyyəli işləmə və innovativ təchizat elementlərinə malik olan həcmli interyeri sayəsində, premial avtomobillər seqmentinə yeni məkan hissi anlayışı daxil edir. Ən müasir mühərriklər, ötürücü və asqı sistemləri yeni BMW X7-ni yolsuzluqda ən yüksək səviyyəli istismar xüsusiyyətləri ilə təchiz edir, habelə, sərt örtüklü yollarda qüsursuz rahatlığı və mükəmməl idarəetməni təmin edir.
Uzunluğu 5151 mm, eni 2000 mm, hündürlüyü 1805 mm, habelə təkər bazası 3105 mm olmaqla, yeni BMW X7 həmahəng ölçülərə malikdir və birmənalı olaraq özünü BMW X ailəsinin yeni flaqmanı kimi təqdim edir. Misilsiz böyük radiator barmaqlıqları olan relyefli ön hissə avtomobilin görünüşünə mübahisəsiz əzəmət hissi bəxş edir. BMW X7 işıq diodlu qabaq işıq faraları ilə artıq standart komplektasiyada təchiz edilir, onun funksiyası kimi isə BMW Laserlight sistemi mövcuddur ki, bu sistem yolu 600 m məsafədə işıqlandıra bilər. Avtomobil profilinin fərqləndirici xüsusiyyətləri iri pəncərələr, böyük klirens və uzun dam xəttidir. Üfüqi xətlər, nazik işıq diodlu fənərlər və iki yerə bölünən yük yeri qapısı yeni modelin müasir görünüşünü tamamlayır.
Baza komplektasiyasında üçüncü oturacaq sırasının mövcudluğu BMW X7 avtomobilinə, eyni zamanda, avtomobildə 7 nəfərə qədər adam daşımaq imkanı verir. Üçüncü sıradakı iki sərnişin dirsək altısı, stəkan üçün yeri və fərdi mobil qurğuların qoşulması üçün nəzərdə tutulmuş USB taxmaq üçün yeri olan tam ölçülü oturacaqlarda maksimal dərəcədə rahat şəkildə yerləşə biləcəklər. Bütün oturacaqlarda elektron tənzimləmə mövcuddur. Zərurət yarandıqda, onları yığaraq, yük yerini baza həcmi 326 litrdən 2120 litrədək artırmaq olar. Dünyada satılmağa başladığı anda yeni BMW X7 üçün aşağıdakı seçim üzrə 4 mühərrik mövcud olacaq: BMW X7 xDrive50i versiyasında 462 at gücünə malik V8 benzin mühərriyi, BMW X7 xDrive40i versiyasında 340 at gücünə malik altı silindrli sıralı benzin mühərriyi və iki ədəd, BMW X7 xDrive30d versiyasında 265 at gücünə malik və BMW X7 M50d versiyasında 400 at gücünə malik altı silindrli dizel mühərriyi.
Tədbir zamanı təqdim olunan yeni BMW 7-ci Seriya ən müasir texniki naliyətlər, sükan arxasında maksimum həzz və rahatlığa zamanət verir. Yeni BMW 7-ci Seriya səthi 40% artırılmış radiator barmaqlığı ilə yanaşı yeni kapota sahib olub. Ön tərəfin yeni dizaynı sayəsində avtomobilin kapotu 50 mm hündürdə yerləşir. Bundan başqa, 7-ci Seriya yeni ön və arxa fənərlərə sahib olub, arxa fənərlər işıqlanan zolaq vasitəsi ilə vizual olaraq birləşirlər.
Sələfi ilə müqayisədə yenilənmiş sedan 22 millimetr uzundur. Avtomobilin eni və hündürlüyü dəyişməyib. Bundan başqa, sedan yeni rəng çeşidlərinə, təkər disklərinə və eksteryerin müxtəlif tərtibat dəstlərinə sahibdir.
Lüks sedanın təchizatına 12,3-düymlük rəqəmsal cihazlar paneli, yeni BMW 7.0 əməliyyat sisteminə malik olan multimedia sistemi daxil edilibdir. Bundan başqa, BMW 7-ci Seriya standart olaraq innovativ parkedici ilə təchiz edilir: sistem dayanacaq yerinə arxa hərəkətlə getməyi və əvvəl gedilmiş yol ilə (50 metrə qədər) geri qayıtmağı bacarır
BMW 7-ci Seriya modeli standart olaraq 249 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilən 730i modifikasiyasında təklif olunacaqdır. BMW 750i modeli isə, 530 at qüvvəsi təklif edən təkmilləşdirilmiş 4,4-litrlik V8 mühərrikinə sahib olub. Yeni mühərrik əvvəlkindən 80 at qüvvəsi güclüdür. Flaqman sedanın top modifikasiyası 760Li xDrive modeli olacaqdır. Top modifikasiya 609 at qüvvəsi hasil edən 6,6-litrlik V12 mühərriki ilə təchiz edilir.
Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, BMW motosikllərinin və Yaponiyanın YAMAHA brendinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)



.jpg)










.jpg)
