Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
Bu gün Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük avtomobilləri istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin iştirakı ilə baş tutub.
Qeyd edək ki, dəyəri 10 milyon avro olan bu layihədə "Azərmaş" ASC 25%, "Kartal Az" MMC isə 75% paya malikdir. Vəsaitin 6 milyon avrosu ilkin mərhələdə, 4 milyon avrosu isə ikinci mərhələdə ayrılacaq.
Zavodun istehsal gücü ilkin mərhələrdə ildə 500 ədəd avtobus və yük avtomobili olacaq. Bu rəqəm tədricən 1000-ə çatdırılacaq.
5 hektar ərazini əhatə edəcək sənayə müəssisəsində ilkn mərhədlə 100 nəfər çalışacaq. Tədricən işçilərin sayı 200-yə çatdırılacaq.
Lazım olan texnoloji avadanlıqlar İeveç, Türkiyə və Almaniyadan gətiriləcək. Burada istehsal olunacaq bir avtobusun dəyəri 135-200 min avro, bir yük avtomobilinin dəyəri isə 70-90 min avro təşkil edəcək. Zavodun məhsulları əsasən MDB, o cümlədən Orta Asiya ölkələrinə, İran və Pakistana ixrac ediləcək.
Hazırda Hacıqabul Səmayə Məhəlləsində İran və Azərbaycan nümayəndələri arasında ikitərəfli görüşlər keçirilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
-
6 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 8 d. əvvəl
- 13 d. əvvəl
-
41 d. əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər






















