Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
® Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Formula 1 Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb.
Əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.
Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell üçün xüsusi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edə və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.
Azərbaycan Qran Prisinə yerli şirkətlərin maraq və dəstək göstərməsindən böyük məmnunluq duyduğunu bildirən BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yeni qurulan əməkdaşlığın gələcəkdə daha da böyüyəcəyinə əminliyini bildirib: “Bildiyiniz kimi bu ilin əvvəlində biz Formula 1 rəhbərliyi ilə Azərbaycan Qran Prisinin 2023-cü ilədək yarış təqvimində qalmasını təmin edən yeni müqavilə imzaladıq. Həmin müqavilə əsasında bəzi kommersiya haqları bizə verilmişdi və biz də bugünkü tədbir sayəsində həmin haqların ilk bəhrəsini görürük.
Bakcell kimi böyük nüfuza sahib yerli şirkətin Azərbaycan Qran Prisinə xüsusi dəstək göstərməyi bizi həqiqətən çox sevindirdi. İnanıram ki, bu gün imzaladığımız müqavilə qısa müddət ərzində hər iki tərəfə böyük faydalar verməklə əməkdaşlığın uzun illər boyunca güclənərək böyüməsini təmin edəcək”.
Tədbirdə Bakcell şirkəti adından çıxış edən şirkətin baş marketinq direktoru Todor Dimitrovski yeni əməkdaşlığın Bakcell üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir, Bakı Şəhər Halqası isə Formula 1 təqviminin ən sürətli şəhər trekidir. Azərbaycan Qran Prisi ölkədə idman və iqtisadiyyatın inkişafı və xüsusilə Azərbaycanın dünyada tanıdılması baxımından böyük rol oynayır.
Bakcell da öz növbəsində milli mobil operator olaraq ölkənin inkişafına töhfə verən layihələrə daim dəstəyini göstərir və Azərbaycan üçün mühüm olan tədbirləri dəstəkləyir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu olacaq və bütün tərəflərə fayda verməklə yanaşı, həm də Formula 1 həvəskarlarına əlavə imkanlar və xoş sürprizlər gətirəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
19 d. əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
3 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
3 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)














.jpg)


