Bakıda BMW-nin ən böyük avtomobili təqdim edildi - QİYMƏTİ
BMW, MİNİ və Rolls- Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “İmprotex Motors” şirkəti fəaliyyəti dövründə ilk dəfə eyni anda 3 avtomobilin təqdimatını keçirib.
“Marja”nın məlumatına görə, 18 Aprel 2018-ci il tarixində Bakıda “Elektra Hall”da yeni BMW X7, yenilənmiş BMW 7-ci Seriya və BMW 330 i avtomobillərinin təqdimatı baş tutub.
Tədbirin əsas “qəhrəmanı” yeni BMW X7 idi. Bildirildi ki, X7, BMW-nin ən yeni və bu günə qədər istehsal etdiyi ən böyük modelidir. BMW şirkəti X7 ilə lüks krossover (SUV) seqmentində yeni bir səhifə açmağa hazırlaşır.
“İmprotex Motors” şirkətinin Baş direktoru Bayram Yaqubov “Marja”ya bildirdi ki, 7 yerlik premium SUV olan BMW X7 hazırda Azərbaycan bazarında 4 variantda təklif olunur: “Hazırda benizin mühərrikli X7 xDrive40i və X7 xDrive50i, dizel mühərrikli X7 xDrive30i və X7 xDrive50i variantları təklif olunur. Payızda M50 benzin variantı da təklif olunacaqdır. Zavod paketləri üzərində təchizatı alıcı özü yığa bilər. Avtomobillərin böyük hissəsi sifariş ilə gətirilir. Müşətri BMW-nin salonuna gəlir, avtomobilin rəngini, opsiyalarını və s. seçir, müqaviləsini bağlayır. Biz 4 ay sonra avtomobili müştəriyə təhvil veririk”.
BMW X7 xDrive40i versiyası 340 at gücündə 3.0 litr benzin mühərriklə, X7 xDrive50i versiyası isə 462 at gücündə 4.4 litrlik V8 mühərriklə təchiz olunur. Avtomobillərin 100 km/saat sürətini yığması müvafiq olaraq 5.8 saniyə və 5.2 saniyə tələb edir.
Bayram Yaqubov əlavə etdi ki, BMW X7 avtomobilinin qiyməti ƏDV və gömrük rüsumları daxili olmaqla 163 min manatdan başlayır.
Tədbirdə yenilənmiş BMW 7-ci Seriya və BMW 330 i avtomobilləri də təqdim olundu. Bildirildi ki, BMW 7-ci Seriya texniki tərəfdən çox yenilənməyib, lakin xarici görünüşündə xeyli dəyişikliklər edilib. Yenilənmiş BMW 7-ci Seriya “daha bahalı” hissi verir. BMW 7-ci Seriyanın qiyməti 150 min manatdan başlayır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
5 metrdən çox uzunluğa malik olan BMW X7, BMW X model ailəsinin yeni lideri kimi önə çıxır. İndiyədək BMW lüks SUV seqmentində təmsil olunmurdu. BMW X7 bazarda Mercedes-Benz GLS və Range Rover modelləri ilə yarışacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 6 d. əvvəl
-
8 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 10 d. əvvəl
- 15 d. əvvəl
-
43 d. əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər






















