Sifarişçi 15 günə tikintiyə, 10 günə isə istismara icazə əldə edə bilər

Aprelin 18-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib.
Konfrans ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasının “bir pəncərə” prinsipi əsasında elektron formada müraciət qaydası və bu sistemin əhəmiyyətinə həsr edilib.
İİTKM-in analitiki Nərmin Kazımlı bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu cənab Prezident tərəfindən 2018-ci il dekabr ayı ərzində keçirilən kompleks biznes islahatlarının tərkib hissəsi olaraq tikinti üçün icazələrin alınması sahəsində vahid yanaşma prinsipinin təmin edilməsi, bu sahədə rəqamsallaşmanın və şəffaflığın artırılması istiqamətində bir çox işlər görüb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud KİV nümayəndələrinə yeni elektron sistemin işləmə mexanizmi barədə məlumat verib. Qeyd edilib ki, Dövlət başçısı İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarı sadələşdirilib. Fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti və anbar binalarının layihələrinə şamil edilir. Bu məqsədlə Dövlət Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə elektron sistem hazırlanıb. Sistemin əhəmiyyəti bəzi tikinti obyeklərinin tikintisi və istismarına icazə alınması zamanı prosesin, əlavə vaxt itirilmədən, daha sürətli və şəffaf formada icrasına şərait yaratmaqdır. Belə ki, sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb. Həmçinin bildirilib ki, hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.
Komitənin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud 21 fevral tarixindən istifadəyə verilən elektron sistemlə bağlı statistik rəqəmləri açıqlayaraq əldə olunan nəticələri də diqqətə çatdırıb. Qeyd olunan tarixdən indiyədək “bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olduğu vurğulanıb. Həmin müraciətlərdən 17-sinin komitə tərəfindən müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb olunmayan tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, hər birinə müsbət rəy verilib. Bildirilib ki, qeyd olunan statistik göstəricilər bu günə hesablanmış rəqəmlərdir və hər gün yenilənir.
Tikinti prosedurlarının təkmilləşdirilməsi və bu sahəyə özəl investisiyaların cəlb olunması məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilmiş, tikintiyə icazə alma mexanizmi “bir pəncərə” prinsipi əsasında sadələşdirilib və müraciətlərə baxılma müddətləri qısaldılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
